Koronavirusu nə daha yaxşı öldürür? - Sabun, yoxsa antiseptik?

Koronavirusu nə daha yaxşı öldürür? - Sabun, yoxsa antiseptik?Nə qədər ki, vaksin yoxdur, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bizdən tələb olunan əsas şey gigiyenadır."Ölkə.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər hansı ictimai yerləri ziyarət etdikdən, ictimai və şəxsi nəqliyyat vasitəsindən istifadə etdikdən, qapı tutacaqlarına, pula toxunduqdan sonra, yeməkdən əvvəl əllərinizi yumaq məsləhətdir. Lakin bunu düzgün etmək lazımdır - əllər sabun və ya antiseptik vasitə ilə yuyulmalıdır.
Əllər nə ilə təmizlənməlidir?
Əczaçılıq sənayesinin əl üçün bir çox müxtəlif antiseptiklər təklif etməsinə baxmayaraq, alimlərin fikrincə, ən effektiv vasitə sabun və isti sudur. ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərin idarə edilməsi və profilaktikası Mərkəzinin (CDC) tövsiyələrində bildirilir ki, antiseptiklərdən yalnız əlləri sabunla yumaq mümkün olmadıqda istifadə olunmalıdır.
Sabun koronavirusu necə məhv edir?
SARS-CoV-2 birzəncirli RNT ehtiva edən virusdur. Ribonuklein turşusunun zənciri zülal qatı ilə örtülüb. Kapsid adlanan həmin qabıq da iki lipid qatı (yağlar və yağabənzən maddələr) ilə əhatə olunub.  Taca bənzəyən zülal "tikanlar"ı elə məhz onlardan çıxır.
Sabun lipid qabığını dağıdır və virus suda həll olunur. Sabun hətta tamlığını qoruyub saxlayan patogen hissəcikləri də dəridən qoparır, onlar köpüklə birlikdə asan yuyulur.
Əlləri düzgün yumaq vacibdir
Su nə qədər isti olsa, bir o qədər yaxşıdır. Hər hansı bir xüsusi sabuna da ehtiyac yoxdur. Əsas odur ki, sabun yaxşı köpüklənsin. Çünki virus köpüklə yuyulub gedir.
Sabunun virusun qabığını dağıtması üçün ən azı 20 saniyə vaxt lazımdır. Sabun köpüyü biləkləri və  ovucun arxa tərəfi də daxil olmaqla, əlləri tamamilə örtməlidir, eləcə də barmaqların arasına və dırnaqların altına nüfuz etməlidir.
Əgər sabun və su yoxdursa
Bu halda, mütəxəssislər, SARS-CoV-2-ni 30 saniyə ərzində öldürən  etanol əsasında olan sanitayzerləri və ya antiseptik maddələri tövsiyə edirlər.
Ona görə antiseptik ilə təmizlədikdən sonra əlləri dərhal silmək lazım deyil, qoyun özləri qurusun.
Alimlərin fikrincə, dezinfeksiyaedici vasitədə etanol 70% - dən az olmamalıdır, CDC-nin tələblərinə əsasən isə 60%  olmalıdır.
Araşdırmalar göstərir ki, yağ və kir antiseptiklərin təsirini zəiflədir, ona görə əlləri əvvəlcə sabunla yumaq daha yaxşıdır. Bundan əlavə, spirt sanitayzerlərindən tez-tez istifadə etmək olmaz, onlar sabundan fərqli olaraq dərini qıcıqlandıraraq, onu virusa daha həssas edir.
Özün hazırla
ÜST-nın saytında dezinfeksiya vasitələrini müstəqil düzəltmək üçün təlimat yerləşdirilib. Bunun üçün  80% etanol və ya 75% izopropanola 1,45% qliserin və 0,125% hidrogen peroksid əlavə etmək lazımdır.
Spirt və hidrogen peroksid infeksiyanı öldürür, qliserin isə dərini nəmləndirir. Lakin istənilən başqa  nəmləndirici vasitələrdən də, məsələn, aloe veradan da istifadə etmək olar.
Nəm salfetlər
Əlinizin altında antiseptik yoxdursa, spirtli salfetlər köməyinizə çata bilər. Lakin alimlər hesab edirlər ki, SARS-CoV-2-ə qarşı benzalkonium xloridinə əsaslanan antibakterial salfetlərdən istifadə etməyin faydası yoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1852   Tarix: 06 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

gozel gorunmek geyim şəkilləri qis geyimləri 2026 illik bürclər seksi geyim kartof maskasi uz ucun vətən haqqında bayatı kosmetika həsən bəy zərdabi oğlan evine aid hakisda ginekoloq hakıştalar vidyolar