Almaniyada 1000 manat olsa da, Azərbaycanda 3000-dir - Kosmetoloq və influencerlər icazəsiz satır

Almaniyada 1000 manat olsa da, Azərbaycanda 3000-dir - Kosmetoloq və influencerlər icazəsiz satırAzərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mounjaro" dərmanının estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadəsi ciddi təhlükə mənbəyinə çevrilib. 
Milli.Az xəbər verir ki, preparat sosial şəbəkələr, gözəllik salonları və hətta ev şəraitində reseptsiz şəkildə satılır. 
Araşdırmalara görə, "Mounjaro" Almaniyada 1000-1600 manat arasında dəyişən qiymətlərlə satılır. Azərbaycanda isə 3000 manata qədər təklif olunur.
Satışı isə apteklər yox, kosmetoloqlar, influencerlər və qeyri-ixtisaslı şəxslər həyata keçirir. 
Ən narahatedici məqam odur ki, bu iynəni vuran şəxslərin əksəriyyətinin tibbi bilik və sertifikatı yoxdur. 
Məlumata görə, artıq bir neçə nəfər "Mounjaro" istifadəsi nəticəsində ağır vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib. Onlardan biri baş həkimdir. Daha bir tanınmış şəxsin isə bu iynədən sonra həyatını itirdiyi bildirilir.
Bir çox qadının hazırda reanimasiyada olduğu, lakin "Instagram"da eyni şəxslərin hələ də arıqlama reklamlarını davam etdirdiyi qeyd olunur.
"Mounjaro" arıqlama iynəsi deyil və hormon sisteminə, mədəaltı vəzə, qalxanabənzər vəzə, həmçinin psixikaya birbaşa təsir göstərir.
Yan təsirlərinə kəskin pankreatit, böyrək çatışmazlığı, anafilaktik şok, nəfəs dayanması, depressiya və panik atak, boyunda şiş - qalxanabənzər vəz xərçəngi riski daxildir.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında "Mounjaro" adlı dərman vasitəsinin dövlət qeydiyyatı olmadığına görə ölkəyə idxal olunmur.  Qeyd olunub ki, ölkədə satışına icazə verilən, dövlət qeydiyyatında olan dərman vasitələri,  seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilir.
Nəzərə çatdırılıb ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiqedici sənədlərlə birgə dövlət və yerli özünüidarəetmə orqanlarından, media və vətəndaşlardan daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamaların keçirilməsi üçün qərar qəbul edilir:
"Lakin, əgər məsələ sosial şəbəkələrdə ölkəyə qeyri-qanuni yolla gətirilmiş dərman vasitəsindən və ya müalicə növündən gedirsə, bu zaman şikayətçinin hüquq-mühafizə orqanlarına müraciət etməsi məqsədəmüvafiq hesab edilir".
Əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun və Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın müvafiq maddələrinə görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər:
"Bildiririk ki, qanunvericiliyə görə əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər".
Vurğulanıb ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun 9.6-cı maddəsi və 12-1.6-cı maddələrində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır:
"Analitik Ekspertiza Mərkəzinin Əlavə təsirlər haqqında məlumat bazasında Tirzepatide tərkibli dərman vasitəsinin heç bir əlavə təsiri barədə məlumat bildirilməmişdir. Amma, nəzər almaq lazımdır ki, DV-nin əks göstərişlərində təsiredici maddəyə və ya dərman vasitəsinin tərkibindəki hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq vurğulanır". 
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 2210   Tarix: 26 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

adlarin menasi geyim seçimi toy makiyajlari makiyaj sirləri limonun faydasi valideyne aid statuslar arıqlama vasitələri kosmetika yutube ikizler pizza cantalar vetene aid bayatilar