Koronavirusun "Britaniya" ştammının xüsusiyyətləri

Koronavirusun "Britaniya" ştammının xüsusiyyətləriKoronavirusun "Britaniya" ştammı adlanan yeni növü əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, "Britaniya" ştammında iybilmə qabiliyyətinin itirilməsi "çin" variantına nisbətən özünü daha zəif büruzə verir.
Milli.Az bildirir ki, AZƏRTAC Hərbi Hava Qüvvələrinə (HHQ) istinadla xəbər verir ki, təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib.
Yoluxanların çoxunda bu üç simptomdan ən az biri aşkarlanır.
İlk dəfə Kent qraflığında 2020-ci ilin sentyabrında müəyyənləşdirilən yeni ştamm virusun ilkin variantından daha sürətlə yayıla bilər. O, Britaniyanın bütün hissələrində aşkarlanıb. Bu səbəbdən də yeni infeksiyaların sayı kəskin şəkildə artıb ki, bu da hakimiyyəti hər yerdə lokdaun elan etməyə məcbur edib.
Bu yeni ştammın daha öldürücü olması barədə düşünməyə əsas versə də, hələlik bunu təsdiqləmək üçün elmi dəlilər kifayətedici deyil.
Bundan əlavə, ölkədə Cənubi Afrika və Braziliyadan keçən daha iki, lakin tək halda olan ştamm aşkarlanıb.
Statistika Bürosunun əməkdaşları yeni COVID-19 ştammı üçün götürülən testlər müsbət çıxandan bir həftə əvvəlki simptomları analiz ediblər.
Tədqiqatlar zamanı 2020-ci ilin noyabr ayının ortalarından 2021-ci ilin yanvar ayının ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb. Məlumatlar göstərir ki, yeni ştamm ilk halda olduğu kimi üç yox, iki genlə uyğunlaşır.
Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupdan: 35 faiz öskürək, 32 faiz yorğunluq, 25 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 21,8 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.
Bundan əvvəlki ştamma yoluxmuş 2,5 min nəfərlik qrupdan: 28 faizi öskürək, 29 faizi yorğunluq, 21 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 19 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.
Müəyyənləşdirilib ki, koronavirusun yeni ştammına yoluxmuş xəstələrin 16 faizində dad hissi, 15 faizində isə iybilmə qabiliyyəti itir.
Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.
Uorik Universitetinin Molekulyar Onkologiya üzrə virusoloqu, professor Lourens Yanq bildirib ki, Uxanda aşkarlanmış virusla müqayisədə yeni ştammda 23 dəyişiklik qeydə alınıb.
Yanq daha sonra əlavə edib ki, virusun yeni ştamma yoluxanların orqanizmində sürətlə çoxalması infeksiyanın bədənə daha geniş yayılmasına səbəb ola bilər. O şiddətli öskürəyin, əzələ ağrılarının və yorğunluğun da, çox güman ki, bununla bağlı olduğunu diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1566   Tarix: 29 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 makiyaj instagram mantılar qadın hüquqları infeksion xestelikler cinsi heyat kosmetika efsaneler novruz bayrami hakışdalar rus dili 2ci ders faydalı məsləhətlər