Koronavirusun dərmanı bu ilin yayına hazır olacaq – Ağ ev rəsmisi
Koronavirusa yoluxanlar üçün müalicəvi dərman yay aylarına kimi hazır ola bilər. Bu barədə ABŞ vitse prezidenti Mayk Pens Ağ evdə keçirilən brifinqdə deyib.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bir çox farmakoloji şirkətlər artıq dərman və vaksin üzərində çalışmağa başlayıb.
"Ekspertlər bildirir ki, virusun təbiəti o dərəcədə mürəkkəbdir ki, peyvənd üzərində sınaqlar 2021-ci ilin əvvəlinə kimi davam edə bilər. Ona görə hətta yaxın 6 ayda da vaksin gözləmirik. Amma xəstələrə və yoluxanlara kömək edəcək dərman preparatları üzərində iş sürətlə gedir və daha asandır" - deyə Pens bildirib.
Bildirilib ki, Amerika kompaniyaları dərman üzərində səylərini birləşdirib və informasiya mübadiləsi aparırlar.
Xatırladaq ki, COVİD 19 virusu yarasadan insana keçərək mutasiyaya uğrayıb və tibbə hələ məlum olmayan virusa çevrilərək insan orqanizmində ağır fəsadlar yaradır.
ÜST koronavirusu beynəlxalq səviyyəli yüksək dərəcədə epidemiya kimi elan edib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
25 il sonra yenidən "Mumiya"da - Foto
Bu dəfə serial ulduzu olacaq
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Süni tənəffüs aparatına qoşuldu
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı