Koronavirusun psixoloji təsirindən çıxmaq üçün NƏ EDƏK?

Koronavirusun psixoloji təsirindən çıxmaq üçün NƏ EDƏK? Koronavirusa yoluxmamaq üçün hansı qaydalara əməl etmək lazım olduğunu hamımız bilirik, düzgün də təlimatlanırıq. Bu xəstəlik bizdə olsa belə ondan rahat qurtula biləcəyimizi də bilməliyik.
Bunu Milli.Az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O, koronavirusun psixoloji təsirindən əziyyət çəkən insanlara iki vacib məsləhət verib:
Koronavirusun psixoloji təsirindən çıxmaq üçün NƏ EDƏK? "İnsanlarda ya məlumatsızlıq var, ya da aşırı məlumatlılıq var. Ya biz çox şey oxuyub narahat oluruq, ya da məlumatsızlıq olur deyə belə olur. Bu, adi bir qripdir, sadəcə, daha təhlükəli bir formasıdır. İmmunitetimizi qoruyaraq, psixoloji olaraq özümüzü hazırlayaraq ki, məsələn, nə olursa olsun, mən bu vəziyyətdən sağlam çıxacam. 
İnsanlara koronavirusun psixoloji təsirindən çıxmaq üçün nələr məsləhət görürəm?! 
Birinci: Artıq evdə deyillər. Əvvəl evdə idilər, daha çətin keçirdirdilər bu dönəmi. İndi artıq cəmiyyət arasında olub, bir az daha çox insanlarla ünsiyyət imkanı yaranıb. Neqativ xəbərlərdən, neqativ suallardan, neqativ söhbətlərdən uzaq durmaqla psixoloji olaraq bu qorxunu özümüzdən uzaq tuta bilərik. Özümüzü daha çox işimizə həsr edək, maraqlı kitablar oxuyaq.  
İkinci: Hər şeyi həyatın axıına buraxsaq, bu stresdən uzaq qala bilərik. Düşünək ki, onsuz da, bu həyat nə zamansa bitəcək. Yəni, bz onu qəbullanmasaq, xəstəlik bizi, onsuz da, tapacaq. Həyatı, insanları necə ki olduğu kimi qəbul ediriksə, xəstəliyi də qəbul etmək lazımdır. Bu virus müəyyən müddətdən sonra çıxıb gedəcək. Bunu qəbul etdikdən sonra insanlarda panika yaranmır artıq. 
Koronavirusun psixoloji təsirindən çıxmaq üçün NƏ EDƏK? Psixoloq yumşaldılmadan sonra vətəndaşların karantin qaydalarına əməl etməməsini normal adlandırıb:
"Karantin müddəti uzandıqca insanlarda evdə bir aqressiya yaranmışdı və düşünürdülər ki, qadağa ləğv ediləndən sonra biz də azadlığa çıxacağıq. O insanlar düşünürdülər ki, "Belə bir xəstəlik yoxdur. Bizi müəyyən müddətlik evə salıblar. Qadağa ləğv olunandan sonra əvvəlki həyatımıza qayıdacağıq". Bəzi qrup insanlar düşünür ki, bu virus var və nə vaxtsa məni tuta bilər. Ümumiyyətlə, buna inanan, faciələşdirən var və yaxud da heç inanmayan var. Hər ikisi təhlükəlidir.
Yumşaldılmadan sonra küçəyə çıxıb qaydalara əməl etməyən insanlar heç inanmayanlar qrupuna daxil insanlardır. Kimin ki müəyyən inamı varsa, gözü ilə gördüyü, yaxud tanışlarının danışdığı müəyyən faktlar varsa, onlar özlərini qorumağa meyillidir. Onsuz da, insanlar uzun müddət karantində qala bilməzlər. Bu, insanları prixoloji gərginliyə salacaq. Hətta çox psixi xəstəliklərə də gətirib çıxara bilər. İnsanlar iki aydır sıxılmış vəziyyətdə qaldıqları üçün onların karantin qaydalarına əməl etmək istəməmələri, reaksiyaları normaldır. Amma neqativ xəbərlərdən uzaq duraq. "Wathsapp" qruplarında neqativ səsyazmalar atırlar bir-birlərinə, bundan uzaq olaq. Virus var, dövlət nə qaydalar qoyursa, əməl etmək lazımdır. Hər halda bir bildikləri var".
Təhməz Təkin
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1250   Tarix: 23 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

kosmetik vasiteler geyim necə seçməli qadın geyimi tort reseptləri normal yuxu praktik məsləhətlər moruğun faydasi kosmetika novruz bayrami hakisda xanım az baldiza aid rus dilin nece orenek webnem tovuzlu