Koronavirusun uzunömürlülüyə təsiri müəyyən edildi
Şotlandiya Milli Səhiyyə Xidmətinin, Edinburq və Qlazqo Universitetlərinin alimləri koronavirusun orta ömür uzunluğuna təsirini araşdırıb və virusun onu təxminən 10 faiz azaltdığını təsbit ediblər.
Publika.az xəbər verir ki, tədqiqat "Wellcome Open" araşdırma veb saytında yayımlanıb. Mütəxəssislər qeyd edib ki, İtaliyadakı koronavirus xəstələri ilə ÜST tərəfindən yaradılmış göstəricilər arasında hesablanma aparıblar. Alimlər müəyyənləşdirib ki, koronavirusa görə orta hesabla kişilər həyatını vaxtından 13 il, qadınlarsa 11 il əvvəl itirir.
Tədqiqatın sonunda müəlliflərdən biri, Qlazqo Universitetinin əməkdaşı David Makallister bildirib ki, media yalnız koronavirusun yoluxucu xəstəlikləri olanlara təsiri problemini işıqlandırıb, məlum olub ki, xroniki xəstəliklər COVID-19-dan fərqli olaraq ömrü daha az azaldır.
Tədqiqatçılar qeyd edib ki, pandemiya nəticəsində ölənlər arasında yalnız yoluxucu xəstəlikləri olan insanlar deyil, həm də gənc və sağlam vətəndaşlar var.
Dünyada 2,6 milyondan çox insan koronavirusa yoluxub, təxminən 187 min nəfər ölüb.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar