Körpələr niyə ağlayır? - Pediatr əsas səbəbləri AÇIQLADI

Körpələr niyə ağlayır? - Pediatr əsas səbəbləri AÇIQLADIDoğuşdan öncə körpənin ağciyərlərinin vəzifəsi göbək bağı vasitəsilə ananın üzərinə düşür. Körpə doğulandan sonra göbək bağı ilə olan əlaqəsi kəsilir. Bundan sonra onun qapalı ağciyərləri açılmağa başlayır. Bu, ağrılı bir dönəmdir. Elə körpənin dünyaya gələn kimi ağlamasının səbəbi də ağciyərlərinin açılması ilə bağlıdır.
Milli.Az türkiyəli pediatr Dicle Çelikin körpələrin ağlama səbəbləri ilə bağlı paylaşdığı bilgiləri təqdim edir.
Körpənin ağlaması daha çox valideynləri narahat edir. Ana və atalar ailənin yeni üzvünün səsindən gərginləşərək öz aralarında mübahisə belə edə bilirlər. Burada körpənin niyə ağladığının kəşf edilməsi və ona uyğun şəkildə sakitləşdirilməsi çox önəmlidir.
Körpələrin ağlama səbəbləri bu formada sıralana bilər:
Acanda ağlaya bilərlər: Özəlliklə yeni doğulan körpələrə hər istədiyində ana südü verilməlidir. Bəslənmə vaxtının üzərindən 3 saat keçibsə, körpə oyandırılmalı və süd verilməlidir. Onun mədəsi kiçik olduğundan həzm sürətlə gedir və daha tez acır.
Otaq isti ola bilər: Adətən körpələrə daha tez soyuq olduğunu düşünürük. Buna görə də yazda pəncərələr bağlı, qışda isə otağın istiliyi daha çox olur. Bu, körpələri narahat edə və onların ağlamasına səbəb ola bilər. Otağın 21-24 dərəcə temperaturda saxlanılması daha münasibdir.
Paltarlar sıxa bilər: Körpələrin ana bətnindən çıxdıqdan sonra üşüyəcəkləri fikrindən yola çıxan bir çox ailə onları qalın geydirmək istəyir. Bu isə yanlışdır.
Havasızlıq ağlada bilər: Soyuq havada evlərdə kondisioner işlədilir. Otağın havası bununla əlaqədar olaraq azalır. Havasız otaqda körpələr narahat ola bilər. Buna görə də havalandırmaya diqqət edilməlidir.
Burunları tutula bilər: Əgər körpənin burnu tutularsa, ağızdan nəfəs ala bilmədiyi üçün ağlamağa başlayacaq. Pediatrın məsləhət gördüyü dərmanlarla körpənin burnu təmizlənməlidir.
Qaz narahat edə bilər: Körpələrdə 2 və ya 3-cü həftədə qaz sancısı yarana bilər. Qaz sancısı üçün möcüzəvi dərman yoxdur. Bu, keçici bir dövrdür.
Qida allergiyaları: Anaların südvermə dövründə yediyi bəzi qidalar körpələrdə allergiyaya səbəb ola bilər.
Qulaq infeksiyaları: Qulaqdakı infeksiyalar da ağlamağa səbəb ola bilər. Körpə ağlayarkən qulaqlarına toxunaraq onları çəkirsə, bu zaman mütəxəssisə müraciət etmək məsləhətdir.
Dişçıxartma dönəmi: Bəzi körpələr dişçıxartma dönəmini ağlamaqla keçirir. Bu dövrdə eyni zamanda qusma, ishal da ola bilər. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1982   Tarix: 30 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista