Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidir

Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidirİngiltərədə aparılan araşdırmaya görə, körpəlik dövründə, yəni 4 aylıqdan etibarən fıstıq məhsullarına məruz qalan uşaqların sonrakı yaşlarda fıstıqlara qarşı allergiyası daha az olur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu London Kral Kollecinin tədqiqatçıları 12 yaşa qədər 500-dən çox uşağı müşahidə edərkən müəyyən ediblər. Məlum olub ki, 5 yaşına qədər fıstıq yağı və ya püresi ilə qidalanan uşaqlarda fıstıq allergiyası riski 71% azalır.
Son araşdırmalar fıstıqdan uzaq saxlanılan uşaqların 15,4% -də 12 yaşına qədər allergiya inkişaf etdiyini, fıstıqlara məruz qalanların isə yalnız 4,4% -də allergiya müşahidə olunduğunu göstərib.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Cen Marrazzo bunları söyləyib:
"Bugünkü tapıntılardan sonra valideynlər əmin olmalıdırlar ki, müəyyən edilmiş qaydalara uyğun olaraq, körpəlikdən etibarən övladlarına fıstıq məhsulları yedizdirmək fıstıq allergiyasına qarşı davamlı qorunma təmin edə bilər".
London Kral Kollecinin uşaq allergiyası üzrə aparıcı tədqiqatçısı və professoru Gideon Lek "CNN"ə açıqlamasında nəticələrdən təəccüblənmədiyini söyləyib.
"Fıstık allergiyası əksər uşaqlarda çox erkən, 6-12 ay arasında inkişaf edir. Əgər xəstəliyin qarşısını almaq istəyirsinizsə, xəstəlik inkişaf etməmişdən əvvəl bunu etmək lazımdır. Bu bioloji fenomen oral tolerantlıq induksiyası kimi tanınan immunoloji prinsipə əsaslanır. Biz onilliklərdir ki, yumurta, süd və ya fıstıq kimi qidalarla qidalanan körpə siçanların və ya digər eksperimental heyvanların sonradan bu allergiyaları inkişaf etdirə bilməyəcəyini bilirik".
Təlimatlarda deyilir ki, fıstıq yağını çörəyin üzərinə sürtüb uşağa vermək olar. Daha erkən dövrdə isə ana südü, hazır qida və ya püre ilə ilə qarışdırılmalıdır.
Səhiyyə rəsmiləri bütöv və ya doğranmış fıstığın boğulma təhlükəsi yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1050   Tarix: 31 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Faydası qabığındadır

Qreypfrut 1650-ci ildə Karib dənizindəki Barbados adasında aşkar edilib. Qanda xolesterinin miqdarını aşağı salan qreypfrutun tərkibində damarların tutulmasının qarşısını alan pektin kimi faydalı maddə var. Yüksək qan təzyiqində

.

Qurban əti ilə bağlı vacib xəbərdarlıq: Bu səhvləri etməyin

Qurban bayramı yaxınlaşdıqca qurbanlıq heyvanların seçimi, kəsim prosesi və ətin düzgün saxlanılması ilə bağlı müzakirələr artır. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bayram günlərində yol verilən bəzi səhvlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorların

.

Saxta xamanı necə tanımaq olar?

Mağazadan xama alan istehlakçılar bəzən keyfiyyətsiz və ya saxta məhsulla qarşılaşa bilirlər. İstehsalçılar süd yağının çatışmazlığını müxtəlif kimyəvi əlavələr və aromatizatorlarla gizlətməyi bacarırlar. xəbər verir ki

.

Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız

Qurban bayramında süfrələrin əsas bəzəyi olan qoyun ətinin normadan artıq və ya yanlış şəkildə istehlak edilməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.  xəbər verir ki, mütəxəssislər xüsusilə bayram günlərində qoyu

.

Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB

Dilimlənmiş çörək istifadə üçün çox rahat görünsə də, əslində daha tez bayatlaşa bilər və tərkibində konservantlar və digər əlavə maddələr ola bilər. xəbər verir ki, dilimlənmiş çörək çoxlarına cəlbedici gəlir: doğramağ

.

Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş

"Əgər kimsə quru öskürəkdən əziyyət çəkirsə, mütləq ürəyini yoxlatdırmalıdır". . qafqazinfo-ya istinadən xəbər verir ki, bunu həkim Aleksandr Umnov deyib. O, bildirib ki, ağciyərlər qan dövranı sistemi ilə əlaqəlidir

.

Bu yerlərdə saxlanılan dərmanlar ZƏHƏRƏ ÇEVRİLİR

Səyahət zamanı dərmanların düzgün saxlamaması onların təsir gücü azalda və sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, temperatur, rütubət və günəş işığı bəzi preparatların görünüşünə təsir təsir göstərir

turlar.az

kosmetika mehsullari hamilelikde qidalanma donlar 2026 qadini ehtiraslandiran sozler hüquqşünas nişan və evlilik toyuq yeməkləri kosmetika olumu yuxuda qara ilan gormek namiq qaraçuxurlu sağlamlığa aid atalar sözləri kokelmek