Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidir - Allergiya riskini azaldır

Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidir - Allergiya riskini azaldırİngiltərədə aparılan araşdırmaya görə, körpəlik dövründə, yəni 4 aylıqdan etibarən fıstıq məhsullarına məruz qalan uşaqların sonrakı yaşlarda fıstıqlara qarşı allergiyası daha az olur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu London Kral Kollecinin tədqiqatçıları 12 yaşa qədər 500-dən çox uşağı müşahidə edərkən müəyyən ediblər.
Məlum olub ki, 5 yaşına qədər fıstıq yağı və ya püresi ilə qidalanan uşaqlarda fıstıq allergiyası riski 71% azalır.
Son araşdırmalar fıstıqdan uzaq saxlanılan uşaqların 15,4% -də 12 yaşına qədər allergiya inkişaf etdiyini, fıstıqlara məruz qalanların isə yalnız 4,4% -də allergiya müşahidə olunduğunu göstərib.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Cen Marrazzo bunları söyləyib:
"Bugünkü tapıntılardan sonra valideynlər əmin olmalıdırlar ki, müəyyən edilmiş qaydalara uyğun olaraq, körpəlikdən etibarən övladlarına fıstıq məhsulları yedizdirmək fıstıq allergiyasına qarşı davamlı qorunma təmin edə bilər".
London Kral Kollecinin uşaq allergiyası üzrə aparıcı tədqiqatçısı və professoru Gideon Lek "CNN"ə açıqlamasında nəticələrdən təəccüblənmədiyini söyləyib.
"Fıstık allergiyası əksər uşaqlarda çox erkən, 6-12 ay arasında inkişaf edir. Əgər xəstəliyin qarşısını almaq istəyirsinizsə, xəstəlik inkişaf etməmişdən əvvəl bunu etmək lazımdır. Bu bioloji fenomen oral tolerantlıq induksiyası kimi tanınan immunoloji prinsipə əsaslanır. Biz onilliklərdir ki, yumurta, süd və ya fıstıq kimi qidalarla qidalanan körpə siçanların və ya digər eksperimental heyvanların sonradan bu allergiyaları inkişaf etdirə bilməyəcəyini bilirik".
Təlimatlarda deyilir ki, fıstıq yağını çörəyin üzərinə sürtüb uşağa vermək olar. Daha erkən dövrdə isə ana südü, hazır qida və ya püre ilə ilə qarışdırılmalıdır.
Səhiyyə rəsmiləri bütöv və ya doğranmış fıstığın boğulma təhlükəsi yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1165   Tarix: 01 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yemek reseptleri həkim məsləhəti yay kolleksiyasi zirincin faydasi çolkalı saç modelleri sekis qara qaragatin faydalari kosmetika novruz hakistalari baliq burcu xərçəng bürcü tapmaca xerceng