Körpələri hədsiz dərəcədə təmiz və steril saxlamaq olmaz - Həkim

Körpələri hədsiz dərəcədə təmiz və steril saxlamaq olmaz - HəkimValideynlərin əksəriyyəti təmizlik baxımından uşaqlarına qarşı çox həssas olurlar. Xüsusilə 1-3 yaşa qədər körpəsi olan analarda bunu daha çox müşahidə etmək olar.
Mütəxəssislərin dediyinə görə, uşaqları ifrat dərəcədə təmiz saxlamaq əslində onların immun sisteminə xeyirdən çox ziyan vurur.
Milli.Az azedu.az-a istinadla xəbər verir ki, bunları həkim-pediatr Qoşqar İsmayılov deyib:
"Bəzən 1-2 yaşında körpələr iməkləməyə başlayarkən valideynlər onların natəmizliklə üzləşməməsi üçün buna icazə vermir, onları daha çox qucaqlarında saxlamağa öyrədirlər. Uşaqların bu dərəcədə təmiz saxlanılması, əllərinin tez-tez yumağa öyrəşdirilməsi onlarda tez-tez xəstəliklər yaranmasına səbəb olur, çünki immun sistemi mikrobları uşaqlıqdan tanımır və orqanizmdə ona qarşı müqavimət yaranmır. Bu, gələcəkdə hər hansı bir mikrobla üzləşərkən onlarda müxtəlif klinik əlamətlərin və xəstəliklərin əmələ gəlməsinə səbəb olur".
Hər hansı mikrobla təmas zamanı orqanizmdə onlara qarşı mübarizə reaksiyası formalaşır. Ona görə də hər şeyi steril etmək tövsiyə olunmur. Psixoloqların fikrincə, belə uşaqlar böyüyəndə özünəinam problemi ilə üzləşirlər.
Psixoloq Könül Cəfərova bu barədə deyib: "Bəzi valideynlər ifrat dərəcədə təmizlik aludəçisidir. Uşaq valideyndə gördüyü əksər keyfiyyət və vərdişləri özünə aşılayır. Onun həmin vərdişlərə ifrat dərəcədə alidə olması gələcəkdə cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək və özünəinam hissinin olmasında problemlər yaradır. Belə xarakterə malik olmaq gələcəkdə onun sosial uyğunlaşmasına da təsir göstərir".
Mütəxəssislər bildirirlər ki, bu məsələdə ortaq nöqtəni tapmaq əhəmiyyətlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, onu dərin həkim müayinəsindən keçirmək tövsiyə olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1075   Tarix: 29 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

qadin dunyasi adlarin menasi qis geyimləri 2026 zoğalın faydaları baliq qulagi dan el isleri morugun faydalari azerbaycan xalq mahnilari adlari kosmetika qurd xəstəliklərinə qarşı mualicə nağıllar vetene aid bayatilar uşaq nece olur gülməli hakıştalar