Körpələri necə yatırmalı?
Körpə dünyaya gələn zaman anaları ilk maraqlandıran məsələ ona necə qulluq etmək, yatızdırmaq, əmizdirmək və başqa qulluq metodları ilə bağlı olur.
Məşhur "Uşaq və ona göstərilən qulluq" kitabında Spok uşağı doğulduğu gündən üzü üstə yatırtmağı tövsiyə edir. O birilərsə, körpələrin qəfildən ölümü hallarının sayca azalması statistikasını və digər amilləri göstərərək, uşağı arxası üstə yatmağa öyrətməyi məsləhət görür.
Son illər ərzində bir çox həkim yeni doğulmuş körpələri düz və bərk yerdə, həmçinin dörd qatlanmış bələyin üstündə yatırtmağı məsləhət görür. Onlar öz fikirlərini onurğa sütununun ehtimal olunan əyilməsi, körpə yumşaq yerdə uzandıqda, başının tərləməsi, QÖS (qəfildən ölüm sindromu. Onun səbəbləri, əslində, məlum deyil, yalnız fərziyyələr mövcuddur) profilaktikası ilə əsaslandırırlar.
Uşağın başı yumru formalı və bir neçə yumşaq sümükdən ibarətdir. Onu düz və bərk yerə qoyan zaman baş asanca deformasiya olunur və arxa hissəsi hamarlaşır, lövhə tək düz olur. Təzə doğulduğu dövrdə uşağın başına istənilən formanı vermək mümkündür. Yaxşı olar ki, təzə doğulmuş körpəni baş tərəfi bir qədər hündür olan pambıq yastığın üzərinə böyrü üstə qoyasınız ki, qusarkən boğulmasın. Üzünün altından yumşaq salfet sərin. Uşağın vəziyyətini mütləq sağ böyürdən sol böyürə dəyişmək, bu zaman yastığının vəziyyətini də çarpayının bu başından o biri başına qoyub dəyişmək lazımdır, çünki uşaqlar həmişə işığa doğru çevrilirlər.
Onurğa sütunu düz taxta deyil, onun da öz əyrilikləri var və burda əyiləsi bir şey yoxdur, xüsusən də nəzərə alsaq ki, döl ana bətnində bütün hamiləlik boyunca "embrion pozu" deyilən əyilmiş vəziyyətdə qalıb ilıq dölətrafı sularda üzür.
Bizim uşaqlarımız nədənsə müasir ortopedik döşəklərdə yatmır, valideynlərinin isti və rahat yatağına keçir. Bu isə arzu olunmaz haldır, çünki uşaqlar valideynlərini ayırmaq üçün deyil, birləşdirmək üçün dünyaya gəlir. Uşağın anası ilə yanaşı, yataqda yalnız onun atası olmalıdır. Uşaq öz yerində özünü yaxşı hiss etdiyi üçün onu tanıyıb sevirsə, deməli, böyüyəndə də həyatda öz yerini tapacaq.
Alimlərin tipik tövsiyələrindən biri budur: "2 yaşınadək uşaq qəfəsli məhəccəri olan bərk çarpayıda, ölçüsü çarpayının ölçüsü ilə üst-üstə düşən kip döşək üstündə, yastıqsız, örtüksüz və yorğansız yatmalıdır". Bircə gecə məsləhət olunan tərzdə, döşəmədəki xalçanın üzərində, yorğansız, başınızın altına isə dörd qatlanmış bələyi qoyub yatsanız, uşağın niyə narahat olduğunu anlamış olarsınız.
Bundan sonra pis yatmasından şikayətlənərək, sakitləşdirici dərman almaq üçün körpəni nevropatoloqun yanına aparmayacaq, sinir xəstəlikləri axtarmayacaqsınız. Sadəcə, onu sevərək rahat çarpayıya, yastıqcanın üstünə uzadıb, uşaqların çox sevdiyi kimi, qaşlarının arasını saat əqrəbi istiqamətində sığallayaraq, əmzik və ya yemək verəcəksiniz, sonra yellədəcəksiniz. Uşağı bürümək lazım deyil. Həm həddən artıq soyuqdan, həm də istidən balacanı qorumaq lazımdır. Ancaq əgər balaca üzü üstə yatırsa, onu yastıqsız, düz yerə, yetərincə yumşaq döşəyə qoyun.
Əgər körpə əmzikdən imtina edirsə, çalışın onu əmziyə öyrədəsiniz, çünki ilk aylarında uşağın sorma refleksi çox güclü olur və o, əmziyə öyrənməsə, öz barmaqlarını, bələyini əməcək və ya ona əmziyi əvəz edən ana döşünü tələb edəcək. Əmzikli uşaqlar daha sakit olur. Uşaq yuxulayandan sonra isə əmziyi götürə bilərsiniz.
Ə.Qarayev adına uşaq xəstəxanasının pediatrı, uşaq xəstəlikləri kafedrasının assistenti Sara Mansurova isə körpəni arxası üstə yatırmağı daha məqsədə uyğun sayır.
"Uşağı üzü üstə yatırmaq ona görə məsləhət görülür ki, qusan zaman nəfəs borusu tutulmasın. Bir də bəzən uşaqlarda timus olur. Timus tənəffüs borusunun ön tərəfində yerləşir. O böyüdükcə nəfəsi sıxır, boğulma verir, xırıltı olur. Uşağa narahatçılıq törədir. Amma uşaq sağlamdırsa, heç bir problemi yoxdursa, arxası üstə yatızdırılsa daha yaxşı olar. Başının altına isə hündür olmayan yastıq qoyulmalıdır ki, uşağın bədəni bir az maili olsun".
Həkimin sözlərinə görə, yeni doğulan körpənin sümükləri hələ bərkimədiyinə görə, onu daim eyni vəziyyətdə yatırtmaq olmaz: "Uşağın vəziyyətini tez-tez dəyişdirmək lazımdır. Uşaq sağ, sol tərəfi və arxası üstə yatırdırmalıdır. Ancaq yan üstə uzadılan zaman da elə qoymaq lazımdır ki, uşağın qolu altda qalmasın".
Sara Mansurova uşaq yatan otağın havasının tez-tez dəyişdirməyin mütləq olduğunu dedi. Əgər otağın havası təmiz olarsa və uşağın sancısı, ağrısı olmasa, o, rahat yatacaq.
Pediatr uşağı yelləməyin də düzgün olmadığı qənaətindədir: "Uşağı yelləyərək, yatırtmaq düzgün deyil. Uşaq qucaqda yuxuya gedəndən sonra onu öz yerinə qoymaq lazımdır. Körpə özü öz yerində sakit yatmağı öyrənməlidir. Bəzən elə olur ki, uşaq öz yerində deyil, ana-atasının yerində yatmağa meylli olur. Çünki belə vaxtlar körpənin köməksiz vaxtlarıdır. O, hər an yanında doğma iyini duymaq istəyir. Amma belə hallarda belə yatandan sonra uşağı aparıb öz yerinə qoymaq lazımdır. Birincisi, elə mikroblar ola bilər ki, körpə onu tez qapsın. İkincisi, yuxulu vaxtı valideynlərdən hansısa çevrilən zaman bilmədən körpə altından qala bilər. Ona görə də elə hər baxımdan uşağın öz yerində yatması məsləhətdir".









Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Acunundan ayrılan xanımı yenidən ərə gedir
Taşacak bu deniz'də ayrılıq: 'Gezep' yeni mövsümdə olmayacaq
Zəng' qorxu filminin aktrisası gənc yaşda vəfat etdi - FOTO
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Cavan Zeynallının səhhətində problem yarandı
Övladlarımın başını aşağı etməmişəm' - Nazənin
Məşhur müğənni barədə qərar verildi - Qadağa tətbiq edildi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
"Avroviziya" qalibi Bakıya gəlir
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Məşhur aparıcıya xərçəng diaqnozu qoyuldu
Avroviziya' qalibi Bakıya gəlməkdən imtina etdi
"Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi
Riki Mrtin İstanbula gəlir - Tələbləri eşidənləri təəccübləndirdi