Körpələrin tərləməsi haqqında 11 fakt

Körpələrin tərləməsi haqqında 11 fakt1. Tərləmə normal bir haldır. Tərləməmə isə bir xəstəlikdir.
2. İnsanda hərəkət və ya artıq güc sərf etməklə bağlı bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olunur və bununla da bədənimiz soyuyur. Tərləmə bir növ bizim bədənimizin "soyuma" sistemidir. Təbii ki, körpələr də bu vəziyyətdən istisna deyillər.
3. Burada diqqət edilməli olan xüsusiyyət bundan ibarətdir ki, körpənin tər vəziləri əllərində, ayaqlarında və başında daha çoxdur. Buna görə də körpələr bu nahiyələrdən daha çox tərləyirlər. Bu normal haldır. Bu nahiyələr tərlədikdən sonra təbii olaraq soyumağa başlayır və bu zaman valideynləri narahat edən "körpəmin başı, ayağı, əlləri çox tərləyir və sonra da buz kimi olur" şikayəti ortaya çıxır. Buradan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi normaldırsa, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir və bu orqanizmdə gedən normal fizioloji prosesdir.
4. Tərləmə irsi xarakter də daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar da çox tərləməyə meyilli olurlar. Bu durumlarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir haldır, bunu belə də qəbul etmək lazımdır.
5. Tərləmənin ən çox rast gəldiyimiz səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə (otaqda, çöldə) hərarətin yüksək olmasıdır. Bu baxımdan körpələrin geyiminə və otaq temperaturuna diqqət olunmalıdır.
6. Hər hansı bir səbəblə bağlı olan burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Bu baxımdan burun dəliklərinin açıq olub-olmadığı kontrol edilməlidir. Körpələrdə burun dəliklərini "duzlu su" (Natri xlorun izotonik məhlulu) ilə asanlıqla açmaq olar.
7. Körpənin yemək yeyərkən, ağlayərkən və ya güc sərf etdiyi hər hansı bir durumda tərləməsinin artması da normal bir haldır.
8. D vitamininin çatışmazlığı zamanı da körpənin tərləməsində artma ola bilər. Amma bu o demək deyil ki, hər tərləyən uşaq "raxit" xəstəsidir. Əgər xəstəliyə şübhə varsa, mütləq qan analizləri (qanda kalsiyum, D vitamininin miqdarı...) olunmalı və diaqnoz dəqiqləşdirilməlidir. Yalnız bundan sonra körpəyə Vitamin D və kalsium preparatın; vermək olar. Yoxsa "uşaq tərləyir, uşaqda raxit xəstəliyi var" demək və sonra da kor-koranə kalsiyum preparatları başlamaq qətiyyən doğru deyildir. Ümumiyyətlə müntəzəm olaraq D vitamini qəbul edən körpələrdə "raxit" xəstəliyinə rast gəlinmə ehtimalı çox aşağıdır.
9. Gələcəkdə bu kimi xəstəliklərlə qarşılaşmayaq deyə, yeni dogulmuşlarda raxit xəstəliyinin profilaktikası üçün doğumunun 15-ci günündən etibarən D vitamini verilməlidir.
10. Çox tərləmənin səbəblərindən biri də anemiyadır (qan azlığı). Əgər körpədə anemiya şübhəsi varsa qanın ümumi analizi edilməli və diaqnoz dəqiqləşdirilməlidir.
11. Yekun olaraq deyə bilərik ki, tərləmə şikayəti olan körpələrin əksəriyyətində adətən hər hansı bir ciddi xəstəliklər müşahidə olunmur. Amma yenə də tərləmə şikayəti olan hər körpə ətraflı müayinə edilməli və tərləmənin yuxarıdakı səbəblərdən hansı birinə bağlı olduğu aşkar olunmalıdır.
Müəllif: Altay Abdullaoğlu, Pediatr-neonatoloq. /news.milli.az

Xəbərlər     Baxılıb: 1916   Tarix: 13 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy makiyaji sekilleri sade makiyaj sekilleri hamilelikde qidalanma vətənə aid atalar sözü gozalti qaralar ucun maskalar 2026 ci ilin debi arıqlamaq kosmetika azərbaycan hüzeyir hacibəyov kurtlar vadisi laylalar vətənə aid atalar sözləri