Kortəbii pəhrizin fəsadları çox olur

Kortəbii pəhrizin fəsadları çox olur"Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, desək, yəqin ki, yanılmarıq. Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır. Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya piylənmə səbəbindən həyatını itirir. Dünya əhalisində qeydə alınan diabet xəstəliyinin 44%-i, ürəyin işemik xəstəliyinin 23%-i və bəzi xərçəng növlərinin 7-41%-i həddindən artıq çəki və piylənmə ilə əlaqələndirilir".
Milli.Az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssisləri Elvira Quliyeva və Nərmin Axundova birgə hazırladıqları məqalədə qeyd ediblər.
Ekspertlər insanların artıq çəkidən daha "asan" yollarla uzaqlaşmağa çalışdıqlarını qeyd edirlər: "Onların yönəldiyi "möcüzəvi pəhriz"lər, "şok detoks"lar, "rahat arıqlama əlavələri" kimi yollar heç də özünü doğrultmur, əksinə qidalanma davranışının pozulmasına səbəb olur ki, bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95%-i uğursuzluqla nəticələnir. Pəhriz sonrası ilk 1-5 il ərzində sürətlə itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir".
Tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.
"Əslində pəhriz üçün əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir. Kortəbii pəhrizlərdə edilən ən böyük səhvlərdən biri çox aşağı kalorili menyular seçməkdir. Həmçinin gün ərzində ac qalaraq arıqlamağa çalışmaq da yanlış yoldur. Belə ki, orqanizmin gündəlik yaşamaq üçün tələb etdiyi kalorini almaması pəhriz və sonrakı dövrlərdə böyük fəsadlara yol aça bilər. Bundan başqa, aclıq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beyində qidalanma istəyini stimullaşdırır. Belə ki, insan ac qalaraq orqanizmi daha çox yeməyə meyilləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkərli və yağlı qidalara yönəlir. Diyetoloqlar arasında "cəhənnəm effekti" deyə adlandırılan prosesin də başlıca səbəbi bu hesab oluna bilər. Bu proses pəhrizin kiçik bir pozuntusunda insanda "uyğunsuzluq" hissinin yaranmasına və qat-qat artıq kalori alacaq şəkildə yeməyə davam edilməsinə gətirib çıxarır", - deyə məqalədə vurğulanır.
Onlar bildirirlər ki, uzun müddətli saxlanılan və hansısa qidaları qadağan edən pəhrizlər metabolizmi zəiflədir: "Sürətlə və daha çox çəki atan orqanizm artıq miqdarda su və əzələ itirdiyi üçün pəhrizə son verdikdən dərhal sonra bədənə suyu geri toplamağa başlayır. İtirilən əzələ və zəifləyən metabolizm səbəbindən insan əvvəlkindən də artıq çəki almış olur. Məlumdur ki, əzələlər orqanizmin tonusunu təmin edir. Buna görə də əzələ itkisi nəticəsində orqanizm tonusunu da itirmiş olur. Diyetoloqların fikrincə, həftəlik 500-1000 q çəki itirilən, idmanla yanaşı davam edən uzunmüddətli, həmçinin tək növ deyil, qida rasionunda fərqli məhsullara yer verilən pəhrizlər daha etibarlıdır və nəticəsi effektivdir. Odur ki tamamilə ac qalmaq faydalı deyil".
"Diyetoloq və həkim nəzarəti olmadan, kortəbii şəkildə saxlanılan pəhrizlər bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, tək tip qidalanma orqanizmdə metabolik, endokrinoloji, psixoloji problemlərə səbəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən pəhrizlər zamanı oynaq ağrıları, saç tökülməsi, əzələ tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əlamətlər müşahidə olunur. Bəzi kortəbii pəhrizlər zamanı, həmçinin vegetarian qidalanma rasionlarından ət və süd məhsullarının azaldılması və ya tamamilə imtina olunması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmayın ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər", - deyə məqalədə vurğulanıb.
Yeniyetməlik dövrü insanın öz orqanizmi ilə tanışlığının yeni mərhələsidir. Bu yaşlarda orqanizmdə həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir: "Yeniyetməlik dövrünün ən ciddi problemlərindən biri piylənmədir. Bu dövrdə piylənmə ilə bağlı problemi olanlar həyatı boyu bir sıra xroniki xəstəliklərlə qarşılaşırlar. Buna səbəb yeniyetməlik dövründə yüksək çəki artımının orqanizmdə piy hüceyrələrinin sayını artırmasıdır. Bu intensivliklə artmış piy hüceyrələrinin parçalanması da yetkinlik dövrü ilə müqayisədə olduqca çətindir. Yeniyetməlik dövründə saxlanılan pəhrizlər adətən dəmir və kalsium çatışmazlığına səbəb olur. Bu da osteoparoz, hiperlipidemiya, xərçəng və ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır. Orqanizmin böyümə və inkişafı mərhələsində düzgün və səmərəli qidalanma böyük əhəmiyyət kəsb edir. Çünki qida maddələrinə olan gündəlik tələbatdan əlavə orqanizmin inkişafını da təmin etmək lazımdır.
Unutmayın ki, düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Buna görə də artıq çəki ilə effektiv mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloqun nəzarəti altında fərdi qaydada pəhriz növü nəzərdə tutulmalıdır".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 2112   Tarix: 17 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim və ayaqqabılar geyim seçimi adlarin menasi seksual fotolar usaq otagi dizaynlari genc aile tanınmış qadınlar kosmetika gülməli hakıştalar novruz hakıştası ekizler dolca atalar sozleri