Krant suyunda xərçəng təhlükəsi

Krant suyunda xərçəng təhlükəsiFransada kran suyunda xərçəngə səbəb ola bilən kimyəvi maddə aşkarlanıb. Hadisə ölkədə böyük narahatlıq yaradıb. İki ekoloji təşkilat - Comité Citoyen və France Nature Environnement (FNE) - bu məsələ ilə bağlı dövlətə qarşı məhkəməyə müraciət edib.
Milli.Az xəbər verir ki, təşkilatlar iddia edir ki, hökumət əhalini vaxtında məlumatlandırmayıb və riskli su borularını yeniləmək üçün lazımi addımları atmayıb.
Təşkilatın vəkili Gabrielle Gien bildirib: "Dövlət, suyun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirməyib. Əhali xəbərdar edilmədi, biz isə öz imkanlarımızla araşdırma aparmaq məcburiyyətində qaldıq."
Məsələyə səbəb olan maddə - vinil xlorid monomeri (CVM) - 1987-ci ildən etibarən Dünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırma Mərkəzi (IARC) tərəfindən "insan üçün kanserogen" (yəni xərçəng törədici) kimi təsnif edilib.
Bu maddəni ehtiva edən PVC boruların istehsalı Fransada 1978-ci ildə qadağan olunsa da, həmin tarixdən əvvəl çəkilmiş minlərlə köhnə su xətləri hələ də istifadədədir.
Zaman keçdikcə bu borular aşınır və CVM maddəsi suya sızaraq insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Avropa İttifaqı CVM üçün təhlükəsiz həddi 0,5 mikroqram/litr olaraq müəyyənləşdirib.
Lakin Fransa bu normanı öz milli qanunvericiliyinə tam şəkildə daxil etməyib.
Ətraf mühit təşkilatları məhkəmədən Fransa hökumətini AB standartlarını tətbiq etməyə məcbur etməsini tələb edir.
Onların sözlərinə görə, 1978-ci ildə qadağan olunmasına baxmayaraq, həmin PVC borular bu gün də bir çox bölgələrdə fəaliyyət göstərir, amma məsuliyyəti üzərinə götürən qurum yoxdur.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1251   Tarix: 01 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari geyim şəkilləri hamileliyin ilk elameti pehriz xiyar turşusunun hazırlanması qadin.az kosmetika suni mayalanma novruz hakistalari novruz bayramina aid hakistalar ağır itki vətən haqqında bayatılar