Kreditlə bağlı əhaliyə ŞAD XƏBƏR - Bundan sonra...

Kreditlə bağlı əhaliyə ŞAD XƏBƏR - Bundan sonra...2017-ci ildə Azərbaycanda maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı ilə bağlı görüləcək tədbirlər açıqlanıb.

Bu, ölkə prezidentinin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.

Plana əsasən, bu il aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:

- Daşınar əmlak üzərində yüklülüyün yaranması, üçüncü şəxslər üçün yüklülük barədə məlumatların əldə olunmasının açıqlığı, daşınar əmlaka tutma yönəldilməsi (realizəsi) ilə bağlı vahid yanaşmanı (girov, lizinq, faktorinq və digər bütün münasibətlər üzrə eyni prosedur) əks etdirən qanunvericilik aktlarının işlənməsi;

- Daşınar əmlakın hər hansı kateqoriyasının (məsələn, avadanlığın) yüklülük verənin (borclunun) sahibliyində qalmaqla müqavilədə və reyestrdə ümumi formada təsvirinə icazə verilməsi;

- Gələcəkdə əldə olunacaq əmlakın yüklü edilməsinə icazə verilməsi və yüklülüyün bəhərə, məhsula, habelə daşınar əmlakın əvəzlənməsi halında yeni daşınar əmlaka da avtomatik şamil olunması tədbirlərinin müəyyənləşdirilməsi;

- Əsas öhdəliyin ümumi formada təsvirinə, bütün növ öhdəliklərin təmin olunmasına və yüklülük müqavil əsində əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümkünlüyünə icazə verilməsi;

- Fiziki və hüquqi şəxslər üçün şəffaf və əlçatan olan, bütün ölkəni və bütün aktivləri əhatə edən, habelə yüklülük verənin (borclunun) identifikasiyası ilə əlaqələndirilən onlayn reyestrin yaradılması və fəaliyyətinin təmin edilməsi;

- Reyestrin bildiriş əsasında yüklülüyü qeydə alması (elektron bildirişin qeydə alınması formasında və sənədləri özündə toplamadan) və yüklülüyün bütün növlərini əhatə etməsi;

- Reyestrin maraqlı üçüncü şəxs tərəfindən yeni yüklülüyün onlayn formada qeydə alınmasına, mövcud yüklülüklərdə dəyişiklik edilməsinə və onlara xitam verilməsinə, habelə axtarış aparılmasına imkan verməsi;

- Yüklülük müqaviləsinin bağlanması zamanı daşınar əmlaka tutma yönəldilməsinin məhkəmədənkənar qaydasına icazə verilməsi, yüklülük sahibinin (kreditorun) daşınar əmlakı dövlət və ya özəl hərracda satmasına, habelə borc əvəzində daşınar əmlakı mülkiyyətinə götürməsinə icazə verilməsi;

Qeyd olunan tədbirlərin icrası ilə Prezident Administrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olacaq. Yüklülük mexanizminin təkmilləşdirilməsi nəticəsində əməliyyatların sayının artması gözlənilir. (report.az)

Mənbə: report.az

Xəbərlər     Baxılıb: 3055   Tarix: 03 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

kosmetoloq qaşların formalari yay kolleksiyasi yaglarin faydasi xinayaxdi bayati makiyaj gözəl qadin kosmetika masturbasiya nedir haxista burcler haqqinda arxadan olmaq baliq