KT və MRT müayinəsinin fərqi nədədir?

KT və MRT müayinəsinin fərqi nədədir?Hələ qədim dövrlərdən təbiblər və həkimlər xəstəliklərin təyin edilməsi üçün bir sıra metodlardan istifadə ediblər. Bu metodlardan simptomlara görə və əllə müayinəni misal çəkmək olar. Müsir tibbdə isə bu üsullarla yanaşı texnikanın köməyindən də istifadə edilir. Yaxın keçmişə qədər USM və rentgen aparatları da çox populyar idi. Texnikanın inkişaf etməsi ilə əlaqədar tibbdə də onun son naliyyətləri uğurla tətbiq edilir.
Müasir tibbdə sadalanan qurğuların sırasına MRT və KT-nin adları da əlavə edilib. Onların köməyilə bir çox xəstəlikləri diaqnozunun qoyulması asanlaşıb və beləliklə müalicə daha effektli olub. Çox insan isə MRT ilə KT-ni səhv salaraq onların funksiya fərqlərini dərindən bilmir.
Milli.Az medicina.az-a istinadən bir çoxMRT (Maqnit Rezonans Tomoqrafiyası) və KT (Kompüter Tomoqrafiyası) kimi tanıdığımız qurğular haqda məlumatları təqdim edir:
Əksəriyyət düşünür ki, bu müayinələr eynidir. Lakin bu, heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür. KT zamanı rentgen şüalanma istifadə olunur.
MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Aparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3 ölçülü təsvirləri yaradır.
Kompüter tomoqrafiyası vasitəsilə isə sümüklərin, oynaqların zədələnməsi, travmalar zamanı daxili qanaxmaların təyini, osteoxondroz, skalioz, kəllə daxili zədələnmələr, döş qəfəsi orqanlarının xəstəliklərinin müayinəsi zamanı (pnevmoniya,vərəm və s.), qalxanabənzər vəzin, böyrək daşları, apendiksin təyini, mədə və bağırsaqların müayinəsi, damarlarda olan anevrizma, ateroskleroz zamanı, bağırsaq keçməzliyi, baş beyindən və ginekoloji orqanlardan başqa bütün orqanlarda olan şişlərin, daş və kistaların təyini, eləcə də eşitmə problemlərinin təyini zamanı çox effektlidir.
MRT-dən isə sümük və damar sistemi xəstəliklərinin, onurğa yırtığı, yumşaq toxumaların müayinəsində istifadə edilir. Bu müayinələrə yumşaq toxumalarda şiş, beyin və onurğa beyinin, həmçinin də qan dövranının müayinəsi, sinir sistemi xəstəlikləri, əzələlərin və bağların müayinəsi, bütün orqanlarda olan şiş xəstəliklərinin təyini, görmə siniri və hipofiz problemləri, hidrosefaliya, beyinə bağlı inkişaf qüsurları zamanı müraciət edilir.
Radioloqlar hesab edir ki, universal kimi görünsə də elə xəstəliklər var ki, onların təyinatında bu qurğular zəifdirlər. Bu xəstəliklərə ürək xəstəliklərinin 99%-ni aid etmək olar. Bundan əlavə görmə zəifliyi əgər görmə siniri və Hipofizlə bağlı deyilsə, o zaman xəstəliyin təyinatında bu qurğular işə yaramır.
Təbii ki, həkim göstərişi ilə sözügedən bu qurğulardan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla keçə bilər. Hamilə qadınların MRT müayinəsinə həkimlər yanlız hamiləliyin ilk üç ayınə qədər icazə vermirlər.
Hazırda koronavirusun ağciyərlərdə yaratdığı buzlu şüşə effektini görmək üçün ən çox KT müayinə effektiv hesab edilir. Amma bundan öncə sadə bir rentgen çəkdirmək yaxşı olar.
Çünki hər virusdan qorxan KT olunması da düzgün deyil. KT müayinənin bir çəkimində insan 250 dəfə rentgendə məruz qaldığı şüalanmanı almış olur.
Bu müayinəni həkim təyin etsə yaxşı olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1521   Tarix: 23 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi gözəllik məhsulları toy makiyaji sekilleri qan qruplari badimcandan qisa hazirliq cennet almasinin hazirlanmasi manikür və pedikür kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır həmidə webnem tovuzlu pomidor gözellik