Lənkəranda müəllim dərsi replə keçdi - VİDEO
Lənkəranın ucqar dağ kəndində çalışan tarix müəlliminin dərsi rep halına gətirməsi dünəndən sosial şəbəkələrdə ən çox müzakirə olunan videolardan biridir.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl on/off videosu ilə fenomen olan Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə şagirlərinə tarixi sevdirmək üçün maraqlı addımlar atır. Belə üsullardan biri də xronologiyanı rep halına salmaq olub.
Odur ki, müəllimin Cümhuriyyətimizin 99 illiyinə həsr etdiyi repli tarix dərsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Həbib Əlizadə açıqlamasında dərsləri maraqlı etmək üçün müxtəlif metodlardan istifadə etdiyini bildirib:
"Ümumiyyətlə, tarix dərsi bir çox hallarda sıxıcı olur. Bu dərsi daha əyləncəli etmək üçün bu üsulun effektli olduğunu düşünürəm. Təbii ki, dağ kəndində çətinliklər çoxdur. Amma şagirdlərim layihələrimə sevə-sevə qoşulurlar.
Yəni, ən böyük dəstəyim və motivasiya mənbəyim şagirdlərimdir. Və, təbii ki, paylaşıb dəstək olan gözəl insanlar məni çox motivasiya edir. İstərdim ki, gələcəkdə digər dağ kəndlərindəki müəllimlərlə maraqlı layihələr keçirək. Müasir dərsin tələbi əyləncəli öyrətməkdir. Həmişə repli dərs etmirik. Başqa metodlardan da istifadə edirik".
Həmin videonu təqdim edirik:
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir