LƏNKƏRANSKININ ADAMLARI "PITER ELÇIN"IN QARDAŞLARINI NIYƏ ÖLDÜRDÜ? – QANLI QİSAS HEKAYƏSİ

LƏNKƏRANSKININ ADAMLARI "PITER ELÇIN"IN QARDAŞLARINI NIYƏ ÖLDÜRDÜ? – QANLI QİSAS HEKAYƏSİDekabrın 21-də "Piter Elçin" ləqəbli kriminal avtoritetin qardaşının Masallının Türkoba kəndi ərazisində avtomat silahla qətlə yetirilməsinin səbəbləri ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlardan belə aydın olur ki, bu qətl kriminal aləmin iki cinahı arasında baş verən qanlı hesablaşmanın növbəti raundudur və bu ölümlərin ardı da gələcək.
Belə ki, redaksiyamıza daxil olan məlumatda "Piter Elçin"in qardaşı Fariz İsmayılovun qətlə yetirilməsinin konkret səbəbi göstərilib, eləcə də bu il "Piter Elçin"in kriminal hesablaşmanın qurbanı olan başqa bir qardaşı – Maarif İsmayılovun da nəyin badına getdiyi aydın olub.
Mafiyanın savaşı isə belə başlayıb
Fariz İsmayılovu qətlə yetirən şəxs bu il başqa bir mafioz savaşın qurbanı olan Rövşən Lənkəranskinin adamı olub. Bildirilir ki, F.İsmayılovun Masallıda qətlə yetirildiyi gün Rusiyada onun qardaşı "Piter Elçin"in (Amil adlı avtoritetin ölüm işiylə bağlı-red.) məhkəməsi imiş. Qətlin məhz məhkəmə günündə törədilməsi də təsadüfi deyil...Və bu faktın özü də qətlin qisas zəminində törədildiyini - başqa bir qətlə bağlı olduğunu göstərir.
Məsələ belə olub: Bir neçə il əvvəl Rövşən Lənkəraniskinin yaxın adamı kimi tanınan Amil adlı avtoritet Moskvada "tac"landırılırmış. Bu barədə xəbər tutan "Piter Elçin" Sankt-Peterbuqrdan Moskvaya uçur. O vaxta kimi Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunan Elçin İsmayılov "taclandırma" mərasiminə qatılır və gözlənilməz bir addım atır: Ayağa qalxıb az öncə "tac"landırılan Amilin boynunu qucaqlayır və... silahı çıxarıb onun başından atəş açır. Amil yerindəcə keçinir. "Piter Elçin" isə heç nə olmamış mərasimi tərk edir.
İki qanlı qruplaşma arasındakı savaş da məhz buradan başlayır. Bir müddət sonra, bu ilin iyun aynda Elçinin qardaşı Maarif İsmayılov qətlə yetirilir... Həmin vaxt yayılan məlumata görə, qətl məhz Lənkəranskinin sifarişi ilə törədilib.Maarif İsmayılovu öldürən şəxs əslən Lənkəran rayonundan olub və keçmiş polis əməkdaşı imiş. Qətli törətmiş Emil Hüseynov bunun sifarişli olduğunu və ona qarşılığında 155 min dollar söz verildiyini etiraf etmişdi.
Məlumata görə, cinayətin ardından qətli törədən şəxsin ailəsi "Piter Elçin"in qorxusundan gecə ilə rayondan çıxıblar və onların harada olduğu hələ də bilinmir. Qətli törədən şəxs isə hazırda türmədədədir.
Redaksiyamıza bu barədə bilgi verən qaynağın sözlərinə görə, dekabrın 21-də "Piter Elçin"in digər qardaşı Fariz İsmayılovu avtomat silahdan atəş açaraq öldürən şəxs məhz Elçinin qətlə yetirdiyi Amilin yaxın qohumudur. Qatil cinayətin ardından özü polisə təslim olub.
Digər bir məlumata görə, hazırda Elçinin yalnız bir qardaşı həyatdadır. Onun isə səhhətində isə ciddi problemlər var. O da bildirilir ki, qardaşının qətlindən sonra "Piter Elçin" adamlarına göstəriş verib ki, Lənkəranskinin yaxınlarına məxsus hər şey dağıdılmalıdır, iki daş üst-üstə qalmamalıdır. (Bakı Post)

Xəbərlər     Baxılıb: 2185   Tarix: 27 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

həkim məsləhəti kosmetoloq toy makiyajlari cennet almasinin hazirlanmasi xina bayatilari reseptler monika belluççi kosmetika bayatilar hakıştalar gozde olar novruz bayramina aid hakisdalar hakışta