Leyla Quliyeva həyat yoldaşı ilə olan görüntülərindən danışdı
Aparıcı Leyla Quliyeva həyat yoldaşı Abbas Quliyevlə yayılan görüntülərindən danışıb.
Birlikdə Xalq artisti Miri Yusifin konsertinə gedən cütlüyün görüntüləri mediada paylaşılmışdı. "10-da görüşək" proqramında qonaq olan aparıcı bunla bağlı sualı cavablandırarkən bunları deyib:
"Məşhur filmimizdə deyir ki, mənim ixtiyarım yoxdur ayda bir dəfə arvadımla bazara gedim? Durduq ailəvi gəldik Miri Yusifin konsertinə. Bunun yayımlanmasının heç bir qəbahəti yoxdur. Amma baxır necə, hansı rakursdan? Əyləşmişik, oturub konsertə baxırıq, deyib-gülürük. Konsertin də konsert davranışı var. Bu, rəsmi qəbul, ziyafət, dini ritual icra olunan yer deyil. Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə" başlığı da var. Səliqəlidir. Yanlış ifadə edənlərə etirazımı bildirdim. Oxunsun deyə elə başlıq qoyurlar ki, adam infarkt keçirir ki, görəsən, nə oldu?".
Qeyd edək ki, cütlüyün iki övladı var.
///Axşam.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı