Libido artıran qida əlavəsi ilə bağlı xəbərdarlıq - İlk dəfə qeydə alındı: Sağlam qadında belə
Türkiyədə geniş istifadə olunan jenşen qida əlavəsi bağlı diqqətçəkən tibbi hadisə qeydə alınıb.
Milli.Az xəbər verir ki, kardioloq Dr. Sabri Onur Çağlar sağlam qadında yüksək doza jenşen qida əlavəsindən sonra yaranan ciddi ritm pozuntusu müşahidə edib.
Bu hadisə jenşen qida əlavəsinin sağlam insanda atrial fibrilasiya yaratdığının ilk sübutu kimi qeyd olunub.
Araşdırma "European Journal of Case Reports in Internal Medicine" jurnalında dərc edilib.
Hadisə Bandırmada baş verib. 29 yaşlı qadın günlərlə davam edən güclü ürək döyüntüsü ilə xəstəxanəyə müraciət edib. O, yorğunluq üçün iki ay ərzində gündə iki dəfə 500 milliqram qırmızı ginseng kapsulu qəbul etdiyini bildirib. EKG müayinəsində onun ürəyinin sürətli və nizamsız döyündüyü aşkarlanıb. Həkimlər xəstəyə atrial fibrilasiya diaqnozu qoyub.
Xəstə dərhal müalicə olunub və ürək ritmi qısa müddətdə normallaşdırılıb. Aparılan testlərdə tiroid pozuntuları, elektrolit problemi və ya başqa bir ürək xəstəliyi müəyyən edilməyib. Həkimlərə görə, ritm pozuntusuna səbəb yalnız ginseng olub. Ginseng dayandırıldıqdan sonra qadın tam sağalıb.
Dr. Çağlar bildirib ki, ginseng çox vaxt "ürək dostu" kimi təqdim olunur. Lakin bu hadisə əks təsirin mümkün olduğunu göstərib. Onun sözlərinə görə, ginseng ritm pozuntusu yarada bilər və bu səbəbdən həkimlər ürək şikayəti olan xəstələrdən bitki tərkibli məhsulları da soruşmalıdır.
Həkimlər qeyd edir ki, bitki tərkibli məhsullar təhlükəsiz sayılmamalıdır. Nəzarətsiz qəbul edilən doza, hətta sağlam insanlarda belə, ürək ritmi ilə bağlı ciddi problemlər yarada bilər. Nəfəs darlığı yaşayan şəxslərə istifadə etdikləri hər cür əlavə və vitamin barədə həkimə məlumat vermək tövsiyə olunur.
İsmayıl
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Müğənni həbsxanaya göndərildi
Bu dəfə serial ulduzu olacaq
25 il sonra yenidən "Mumiya"da - Foto
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı