Limon vasitəsilə diz ağrılarından necə xilas olmaq olar?
Diz insan bədənində hərəkəti idarə etmək üçün vacib olan orqandır. Dizimiz ağrıyanda bizim nəinki yerişimiz, hətta duruşumuz da pozulur. Diz oynağı bizim oturmağımıza, yeriməmizə və qaçmamıza yardım edir. Yaş artdıqca biz yaşlanırıq və orqanizmdə əmələ gələn xəstəliklər və yaşımızla əlaqədar meydana çıxan problemlər dizlərimizə təsirsiz ötüşmür. Bu zaman isə dizlərdə və diz oynaqlarınqa sətrlik və ağrılar meydana çıxmağa başlayır. Aşağıda yazılan xalq təbabəti vasitəsini dizlərinizə tətbiq etsəniz o zaman əmələ gələn sərtlik və ağrını aradan qaldıra bilərsiniz.
Lazım olanlar:
* küncüt yağı
* 1-2 limon
Hazırlanması:
Küncüt yağı odun üstündə qızdırılır və limonlar xırda hissələrə bölünür. Limonlar pambıq parcaya bükülüb qaynar yağın içərisinı salınır. Sonra yağdan çıxarılıb isti-isti diz oynağı nahiyəsinə qoyulur və polietilenlə sarınıb isti bağlanır. Müalicə 1 həftə edildikdən sonra öz effektini verməyə başlayır.
Müalicənin effektli olmasının səbəbi nədir?
Limon planetin ən faydalı bitkilərindən hesab edilir. Onun tərkibi kalium, maqnium, kalsium, fosfor, fol turşusu, vitamin C və bir çox maddələrlə zəngindir. Bu maddələr də dizlərdə olan artrit, revmatoid artrit və osteoparoz xəstəliklərinin əlamətlərini azaldır. Limonun tərkibində olan efir yağları isə diz oynağına qanın axmasını sürətləndirir və diz oynağında olan sinirləri sakitləşdirir. Küncüt yağı isə diz oynağında olan sərtliyi aradan qaldırır.
Biz sizin üçün faydalı olan bir məsləhət verdik. Məsləhətə əməl etsəniz diz oynağınızda əmələ gələn rahatlaşmanı, ağrının azalmasını və iltihab əlamətlərinin aradan qalxmasının özünüz şahidi olacaqsınız.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
Fəxri İsmayılova yüksək vəzifə verildi
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Dəniz Göktaş saxlanıldı
Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər
Məşhur müğənninin qardaşı saxlanıldı
Hadise və Gülşen onu məhkəməyə verir
Tər çox güclü dərman imiş
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?