"Lotu Quli" ilə sevgili olduğu deyilən Afaq: Oteldə məmurların qucağında oturub... - VİDEO

"Lotu Quli" ilə sevgili olduğu deyilən Afaq: Oteldə məmurların qucağında oturub... - VİDEOBAKU.WS bir müddət öncə avtoritet "Lotu Quli" ilə gizlin eşq yaşadığı və sevgilisinin arxasınca Türkiyəyə getdiyi deyilən cazibədar müğənni Afaq Aslanın yenicag.az-a müsahibəsini təqdim edir:

– Çoxdandı görünmürdün, haralardasan?

– Başım yaradıcılığa qarışıb. "Söylə" adlı yeni mahnımı təqdim etdim. Başqa layihələr üzərində işləyirəm.

– Söz-söhbət gəzdi ki, gizlin eşq yaşadığın sevgilin "Lotu Quli"nun arxasınca Türkiyəyə getmisən…

– İstəmirəm bu barədə danışım. Çünki şəxsi həyatım özümə məxsusdur.

– "Od olmayan yerdən yerdən tüstü çıxmaz" deyiblər. Danış, görək nə məsələdir?

– Sevgilimin kimliyini açıqlamaq fikrində deyiləm. Bircə onu deyə bilərəm ki, o insanı çox sevirəm, dəli bir sevgi yaşayıram. Sevgi nə yaşa, nə vəzifəyə, nə də onun ailəli-subay olmağına baxmır. Mənə bilirsiniz nə maraqlıdır, məmurları, həciləri sevmək olur, amma avtoritetə çatanda hamı təəccüblənir. Məgər avtoriteti ana doğmayıb?

– Demək ki, Afaq üçün sevgidə sərhədlər yoxdur…

– Aşiq oldumsa, qarşımı heç kim ala bilməz. Mən sevdiyim insana görə ölümə gedə bilərəm. Sevgilimi görmək üçün ölümü gözə ala biləcək insanam.

– İndiyə qədər neçə dəli sevgi yaşamısan?

– Elə ilk başdan dəlicəsinə sevdiyim insanla ailə qurmuşam.

– Yeni sevgi köhnə sevgini unutdura bilirmi?

– İnsan hər dəfə sevəndə, elə bilir, elə əsl sevgi bu imiş. Həyatımda sevgini tapandan sonra bilmişəm ki, əsl kişi necə olur. Sevdiyim insan müqayisə olunmayacaq dərəcədə bir insandır. Onun qadına nəvazişi, diqqəti kaş ki, 50 faiz kişilərimizdə olaydı.

– Doğrudurmu ki, kişilər gözləri ilə sevir?

– Kişilər gözləri ilə sevir, qadınlar qulaqları ilə. Kim deyirsə ki, kişilər daxili gözəlliyə aşiq olur, yalan sözdür. Bir çirkin qadını göstər kişiyə, içi məlakə olsa da onu ilk baxışdan sevə bilməz.

– Aşiq olduğun kişini qısqanırsan?

– Sevən insan həmişə qısqanır. Üzdə olan yaraşıqlı kişini və qadını həmişə qısqanırlar. Aşiq olduğum kişi hər kəs üçün əlçatmaz insandır. Amma məni onun məşhurluğu o qədər də maraqlandırmır.

– Ona xəyanəti bağışlayarsan?

– Bağışlayaram. O elə bir insandır ki, hər bir qadın arzulayar həyatında onun kimi bir kişi olsun. Qadın qəlbi ilə oyanayacaq biri deyil. O qadınlar üçün əlçatan deyil ki, deyim o mənə xəyanət edir.

– Arxamca qaçan hər təbəqədən o qədər insan var ki… Məni pulla əldə etmək mümkünsüzdü, gərək ona aşiq olam. Bu insan məni necə ram etdisə, onu dəlicəsinə sevirəm.

– Tez-tez görüşürsünüz?

– Ayrı-ayrı ölkələrdə yaşayırıq, amma ürəklərimiz yaxındır.

– Sənə qadağalar qoyur?

– Hər addımımı izləyir. Xasiyyətimə bələddir. Bilir ki, yalandan efirə çıxıb, kameraya işləmirəm. Bilir ki, həyatda necəyəm, efirdə də eləyəm.

– Sənin cəsur fotossessiyaların, açıqlamaların insanları çaşdırır… çoxları elə düşünür ki, Afaq içki içir, siqaret çəkir, gecə həyatı yaşayır…

– Tanıdığınız və bildiyiniz bir çox müğənnilərdən fərqli olaraq, hər zaman fotosessiyalarım və kliplərimdə cəsarətli geyimlərimə, açıqlamalarıma baxmayaraq, həyatda utancaq, ağır təbiətli biriyəm. Bu səhnədə hər bir insanın imici, obrazı var. Bugün tamaşaçını obrazla aldatmaq çox asandır. Real həyatda qucaqdan-qucağa gəzən, yıxmadığı evlər qoymayan, evli kişiləri ailələrini dağıtmaq həddinə çatdıran, səhnədə qapalı geyinib, zavalı, gözüyaşlı qadın obrazı yaradan, efirdə olmayan kefiyyətlərindən danışan, kameraya oynayan, məlakə obrazı yaradan simalardan deyiləm. Əgər insanın əxlaqı və tərbiyəsi geyimi ilə ölçüləsi olsaydı, namusundan dəm vuran və qapalı geyimi arxasında gizlənən müğənnilər dünyanın ən qeyrətli, ən pak qadınları olardı.

– Bəlkə, konkretləşdirək, ad çəkəsən?

– Özləri yaxşı bilir kimləri nəzərdə tuturam. Otellərdə məmurların qucağında oturub, ev dağıdanları…

Xəbərlər     Baxılıb: 4790   Tarix: 15 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari maskalar azərbaycan haqda gənc qalmağın sirləri saç hörükləri infarkt elametleri kosmetika burcler haqqinda zehmet ve zinet cantalar hakışta atalar sözləri