Lütfizadə Azərbaycan üçün nə edib ki?

Lütfizadə Azərbaycan üçün nə edib ki?Lütfizadə müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir. Onun çəkisi 60-70 kilo ilə müəyyənləşdirilməz!!!

Bu fikirlərlə millət vəkili Fazil Mustafa çıxış edib.

Məşhur azərbaycanlı professor Lütfizadənin vəsiyyəti ilə bağlı danışan deputat qeyd edib ki, professorun ölümündən sonra Azərbaycanda dəfn edilmək istəyi sevindirici haldır:

"Dünyada riyaziyyat elminin gəlmiş-keçmiş nəhənglərindən olan ABŞ-ın Berkli Universitetinin professoru, məşhur azərbaycanlı Lütfizadə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər! Normal bir istək! Heç Lütfizadə olmasın, sadə bir vətəndaş belə xaricdə yaşayarkən bu cür vəsiyyət edərsə, imkan daxilində bu cür vəsiyyəti yerinə yetirmək yaxınlarının, sevənlərinin borcu kimi anlaşılır. Qəribəmə gəldi ki, sosial şəbəkədə buna da irad bildiriblər. İradın motivi isə ənənəvi vətənşivənlik terminologiyası ilə bəzədilib: "Axı o Azərbaycan üçün nə edib? Haçan Qarabağdan danışdı?"

Bizim məmləkətdə insanın çəkisi tərəzi ilə ölçülür. Ona görə də ömrümüz rəqəmlərin sıradan dəyişimi kimi qiymətləndirilir. Harada ki, insanın çəkisi əməli ilə ölçülür, o zaman nə tərəziyə, nə də tərəzi daşına ehtiyac qalmır. Bəşər insanının yaddaşında çəkisiz bir ruh kimi qalırsan. İndi Lütfizadənin Azərbaycan üçün etdiklərinin tərəzidə çəkisi nə ola bilər, bunu rəqəmlərlə izah etmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq səlis bir məntiq onu deyir ki, elə bəşəriyyət üçün edilən hər bir dəyərli əməl, həm də Azərbaycan üçün edilən dəyərli əməldir. O müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir, çəkisi 60, 70 kilo ilə müəyyənləşdirilməz".

Millət vəkilinin fikrincə, elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır:

"Bu mövcudluğa həm də bir inam məsələsi kimi baxmaq lazım gəlir. 1921-ci ildə Bakıda doğulan həmyerlimiz dünya elmində qeyri-səlis məntiqin yaradıcısı kimi öz adını yazdırdısa, 2001-ci ildə, 2021-ci ildə doğulan bir azərbaycanlı da belə bir zirvəyə qalxmağın mümkünlüyünə Lütfizadə obrazında hər zaman inam daşıyacaq".

Deputat bildirib ki, bu məmləkətdə minlərlə dəyərli Vətən övladı ilə yanaşı on minlərlə Vətənə faydası dəyməyən insan da dəfn olunub:

"Azərbaycanda dəfn olunmağı bir müqəddəslik ritualına çevirməyək. Bu məmləkətin torpağına bu milləti azadlığa qovuşduran Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyskii və minlərlə bu dəyərdə olan insanlar hələ də qovuşmayıb. Onlar heç vəsiyyət də etməyə imkan tapmayıblar. Lütfizadənin bu vəsiyyətinə sıradan bir istək kimi baxmaq doğru deyil, bu addımın özü də son mənzilə yol almazdan öncə Vətənə, yəni Azərbaycana dəyər verməkdir".

(axar.az)

Xəbərlər     Baxılıb: 2232   Tarix: 10 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yemek reseptleri makiyaj instagram aksessuarlar testlər hiperaktiv usaqlarin mualicesi qadın geyim və aksessuar 2026 geyimi kosmetika namiq qaraçuxurlu vətən haqqında atalar sözləri həsən bəy zərdabi əqrəb tut ağacı tutdudu