Mahsun Kırmızıgülə daha bir şok
Müğənni, rejissor və aktyor Mahsun Kırmızıgül "Vezir parmağı" filminə görə məhkəməyə veriliv.
Axşam.az DHA-ya istinadən xəbər verir ki, sənətçi Turabi Yıldırım filmdə ona aid "Soy babam" adlı əsərin "Tavuklarım var" adlı ilə, icazəsiz istifadə edildiyini deyib.
O, 100 min lirə maddi, 50 min lirə isə mənəvi təzminat tələb edir. Filmdə musiqinin icazəsiz istifadə olunduğu, Mahsunun həmin əsəri özü yazdığı kimi təqdim etdiyi sübut olunub.
Turabinin vəkilləri Mahsun və digərlənin bundan gəlir əldə etdiyini söyləyərək məhkəməyə müraciət ediblər.
f Paylaş