Manna yarması: faydalıdır yoxsa ziyanlı?

Manna yarması: faydalıdır yoxsa ziyanlı?Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2, В6, Е, PP vitaminlərlə və mikroelementlərlə zəngindir, tez mənimsənilir, kalorilidir, insanı uzun müddət tox saxlayır.
Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu sıyıq tövsiyə olunmur.
Hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki hazır deyil. Manna yarması isə bir çox yarmalar kimi karbohidratlarla zəngindir.
Manna yarması "qlüten" adlandırılan zülalla da zəngindir. Bəzi uşaqlarda və hətta böyüklərdə də bu zülala qarşı irsi dözülməzlik olur. Bu dözülməzliyin fonunda seliakiya xəstəliyi inkişaf edir. Bu çox ciddi xəstəlikdir. Onun nəticəsində bağırsaqların selikli qişasi o dərəcədə nazikləşir ki, burada bütün qidalı maddələrin, o cümlədən yağların, sorulması pozulur. Vaxtında müalicə olunmadığı təqdirdə uşaq bu xəstəlikdən hətta həlak ola bilər.
Bundan əlavə manna yarmasında "fitin" adlı bir maddə vardır ki, bu maddə bağırsaqlarda kalsium, D vitamini və dəmirin sorulmasına mane olur. Uşaq orqanizmində dəmir çatışmazlığı səbəbindən dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edə bilər. Kalsium və D vitaminin çatışmazlığı isə raxit xəstəliyinə gətirib çıxarır.
Beləliklə, həkimlərin fikrinə əsasən, manna sıyığı 1 yaşından sonra olan uşaqlara vermək olar. Lakin 3 yaşına qədər olan uşaqlara bu sıyığı həftədə 1 dəfədən artıq vermək məsləhət görülmür.
35 yaşından yuxarı olan insanlara da tez-tez manna sıyıqlarını yemək məsləhət görülmür. Bunun səbəbi isə, körpələrdə olduğu kimi, manna sıyığının orqanizmdə kalsiumun mənimsəməsinə mane olmasıdır. 35 yaşından sonra osteoporoz (sümüklərin sıxlığının azalması) xəstəliyi inkişaf etməyə başlayır və rasionda manna sıyıqlarının tez-tez olması bu xəstəliyin inkişafını sürətləndirə bilər. Osteoporoz xəstəliyinin ağırlaşmalarından biri tez-tez baş verilən sınıqlardır. Sınıqların ən təhlükəli olanı isə bud boynunun sınığıdır ki, yaşlı insanda əlilliklə və hətta ölümlə də nəticələnə bilər.
Manna yarması tək sıyıqlarda deyil, müxtəlif şirniyyatların hazırlanmasında da istifadə olunur.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2491   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 sade makiyaj sekilleri gozlerin bezenmesi usaq saclarinin yigilmasi imam sadiq fantaziya kosmetika novruz bayramına aid hakışta google namiq qaraçuxurlu arxadan olmag qu quşu