Maral ətinin faydaları

Maral ətinin faydalarıMətbəxlərdə ən çox gənc maralın ətindən istifadə edilir. Maral əti Şimal ölkələrdə yaşayan əhalı tərəfindən daha çox istifadə olunur. Onun xüsusi dadı olur və müalicəvi, dietik ətlərdən hesab edilir. Maral əti bişirildiyi zaman gözəl dada malik xüsusi bulyona və ətə çevrilir. Ondan avitaminozlar və maddələr mübadiləsinin pozulmaları zamanı istifadə edilir. Maraldan məşhur diç adlanan yemək hazırlanır. Maral ətini buxarda və ya közdə bişirirlər.
Necə seçməli?
Ən yaxşı maral əti 6 ayına qədər yaşı olan maralın əti hesab olunur. Gənc maral əti tünd qırmızı rəngdə və zərif, yaşlı maralın ətinin rəngi isə daha tünd və bərk olur. Ən yaxşı maral əti isə erkək maralın əti hesab edilir.
Necə saxlamalı?
Maralın ətində yağın miqdarı az olduğuna görə onu uzun müddət saxlamaq olmur. Maral əti tez xarab olan ətlərdəndir. Onu hətta dondurucuda 3 gündən artıq saxlamaq mümkün deyil. Çünki saxlanılan maral əti dadını və keyfiyyətini itirir. Maral ətindən müxtəlif dadlı yeməklərin hazırlanmasında geniş istifadə edilir.
100 qram maral ətinin qida dəyəri:
- Zülallar - 19,5 qr
- Yağlar - 8,5 qr
- Su - 71 qr
- Kalori - 154,5 kKal.
Maral ətinin bir çox müsbət özəllikləri var. Onun tərkibində yağların və xolesterinin miqdarı çox azdır. Bu ət ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün riskli qida sayılmır. Maral ətinin tərkibində yağların miqdarının az oluğuna görə o orqanizm üçün zərərli sayılmır. Onun tərkibində PP, B1, B2, B1 vitaminləri vardır ki, bu vitaminlərin qarışımı beynin funksiyasını yaxşılaşdırır, beyin hüceyrələrinin inkişafına səbəb olur, enerji mübadiləsini normallaşdırır, iştahanı artırır. Maral ətinin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Maral əti antibiotik və müalicəvi təsirlərə malikdir. Bu səbəblər onun digər ətlərdən qiymətli olmasını təsdiq edir. Maral əti qoyun, toyuq və mal ətindən daha tez orqanizm tərəfindən sorulmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq maral əti yemək atereskleroz, şəkərli diabet və hipertoniya xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır. Maral əti yemək maddələr mübadiləsini yaxşılaşdırmaqla orqanizmdə piy toxumasının yığılmasının qarşısını alır. Onun tərkibində olan maddələr sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmdən ağır metal duz zəhərlənmələrinin xaric olunmasını sürətləndirir. Maral əti ürəkdə infarkt xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır.
Maral əti yemək dərini cavan və gözəl saxlayır. Hamilə və uşaqəmizdirən qadınlara maral əti yemək çox faydalıdır. O orqanizmin kanserogen maddələrə qarşı olan müdafiəsini möhkəmləndirir. Maral ətini kartof, tərəvəz və göbələklərlə bişirmək olur. Ondan dadlı kabab bişirilir. Maral əti dietik qida sayılır. O orqanizmi təmizləyici və Sağlamlaşdırıcı qidalardan hesab edilir. Sağlam həyat tərzi yaşamaq istəyənlərə maral əti yemək tövsiyə edilıir. O dərinin elastik və davamlı olmasına səbəb olur.
Maral ətinin zərərli xüsusiyyətləri
Maral ətinin zərərli olması barədə heç bir yerdə qeydlərə rast gəlinməyib. Nadir hallarda maral əti allergik reaksiyaların meydana çıxmasına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1474   Tarix: 27 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

toy makiyaji sekilleri toy gecesi aksessuarlar gözəl xanım badimcan salati ureyin isemik xestelikleri şəxsi inkişaf kosmetika rəksanə itburnu aslan novruz bayramına aid hakıştalar qadin saglamlig