Marketlərdəki ən təhlükəli yer - Şəkər xəstələrini necə aldadırlar?

Marketlərdəki ən təhlükəli yer - Şəkər xəstələrini necə aldadırlar?Bir çox insan şəkər xəstəsi olmasa da, marketlərdəki diabetik şöbənin daimi alıcısına çevrilib. Xüsusilə də pəhriz saxlayan insanlar hesab edirlər ki, həmin bölmədən alacaqları məhsullar digərlərindən daha faydalı və ya az zərərlidir.
Sosial şəbəkələrdə son günlər Azərbaycanın marketlərində satılan bu məhsullarla bağlı ciddi müzakirələr gedir. İnsanlarda qidaların qarışıq tərkibinə görə ciddi narahatçılqı var.
"Medicina" xəbər verir ki, bizim.Media-nın bu narahatçılıqlarla bağlı sualına qida texnoloqu Ağa Salamov aydınlıq gətirib.
Mütəxəssis söyləyib ki, bu məhsulların tərkibində dadlandırıcı, rəngləndirici və başqa qatqı maddələri olduğuna görə zərərlidir:
"Az qala bütün qidaların üzərinə "pəhriz" yazıb satırlar. İnsanlar da buna güvənərək alıb istehlak edirlər. Nəticədə biznesin qurbanına çevrilirlər. Bu qidaların üzərində şəkərli diabet xəstələri üçün olduğu yazılsa da, tərkiblərində məhsulun ömrünü uzatmaq üçün əlavə edilmiş qatqı maddələri də daxil olmaqla insan orqanizminə zərərli olan çox şey var. Məsələn, şəkərin yarlığında yazılır ki, tərkibində 95% saxaroza var. Bu, diabet xəstələri üçün zərərlidir, ürək-qan-damar sisteminə mənfi təsirləri də qaçılmazdır. Buna görə yaxşı olar ki, diabet xəstələri həmin bölmədən uzaq dursunlar".
Həmin şöbədə satılan çörəklərə qaldıqda isə mütəxəssis bunun da məsləhətli olmadığını bildirib:
"O çörəklərin tərkibi naməlumdur. Onlar liflərdən ayrılmış, zərərli qidalardır. Diabet xəstələrinin çovdar, buğda unundan ev şəraitində hazırlanmış çörəkdən az miqdarda istifadə etmələri daha məqsədəuyğundur, nəinki həmin çörəklərdən".
Ağa Salamov onu da bildirib ki, qeyd etdiyimiz məhsullarla yanaşı üzərində "diabetik" yazılmış, lakin un, şəkər kimi tərkibə malik qidalardan istifadə edənlər də ehtiyatlı olmalıdırlar:
"Baxmayaraq ki, həmin məhsulların üzərində diabetik olduğu yazılıb, lakin onların da tərkibi qarışıq və eyni dərəcədə zərərlidir. Bəzi insanlar bunu nəzərə almır və ya bilmirlər. Diabetik yazılıb deyə həmin şirniyyat, un məmulatlarını çox istehlak edirlər. Diabet xəstələri yaxşı olar ki, həkim məsləhətinə əsasən təbii tərkibli qidalara üstünlük versinlər".
Qeyd edək ki, bu ilin mart ayında qəbul edilmiş qanuna əsasən, qida məhsullarına "müalicəvi", "pəhriz" kimi adların verilməsi ləğv ediləcək.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1308   Tarix: 22 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

geyim dəbləri geyim necə seçməli qadin dunyasi hamiləlik testi səfər duası ziyafət dəbi tanınmış qadın simalar kosmetika novruz bayramı sağlamlığın sirleri haqisda novruza aid hakisdalar hakışda