Marketlərdən pendir alarkən diqqətli olun
Marketlərdən pendir alarkən aşağıdakılara diqqət yetirin. Süni yollarla hazırlanmış pendirləri tanımaq istəyirsinizsə o zaman mütləq yazılanları oxuyun!
Xanim.az immunitet.az-a istinadən bildirir ki, marketlərdə satılan pendirlərin içərisində təbii üsullarla hazırlanan pendirlərə çox az rast gəlinir. Çoxlu miqdarda və çox seçimdə pendirin olması insaların rifahı üçün deyil, bu bir biznesdir. Satılan pendirlərin əksəriyyəti isə palma yağından və südəvəzedicilərdən hazırlanır. Bunlar isə orqanizm üçün çox təhlükəlidir. Süni vasitələrlə hazırlanmış pendirləri yemək qaraciyəri və mədəaltı vəzi zədələyir.
Bəs yaxşı pendiri pis pendirdən necə ayırmaq olar?
Bəzən pendir istehsalçıları bu barədə pendirin özünü bükdükləri kağızda yazırlar. Bu səbəbdən də pendir alarkən sizin diqqətli olmağınız çox vacibdir.
1. Heç vaxt vakum qablaşdırmada olan pendir almayın. Pendir alarkən satıcıdan bütöv pendirdən kəsməsini xahiş edin.
2. Pendir alarkən onun kənarlarına diqqət yetirin. Kənarlarının rəngi ortasının rəngindən fərqli olarsa o zaman həmin pendirdən almayın.
3. Keyfiyyətli pendirin daxilində olan boşluqlar eyni ölçüdə olur.
4. Sarı rəngli pendir almaq istəyirsinizsə, onun bir nazik dilimini künc tərəfindən qatlayın. Əgər pendirdə çat izi əmələ gələrsə, deməli bu əsil pendir deyil. Onu palma yağı, süd qurusu və rəngləndiricilərlə hazırlayıblar.
Çalışın həmişə keyfiyyətli və sağlam qidalarla qidalanın! Qiymətə və görünüşə aldanmayın. Bu sizin sağlamlığınız üçün çox təhlükəli ola bilər.









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir