"Maşınımın içi təyyarəyə bənzəyir, qiyməti isə…" - Rəşad İlyasov - FOTO

"Maşınımın içi təyyarəyə bənzəyir, qiyməti isə…" - Rəşad İlyasov - FOTO"Toyların sayının azalması bütün sənətçilər kimi mənə də təsir edib. Ona görə də ayağımı yorğanıma görə uzadıram".
Xanim.az musavat.com-a istinadən bildirir ki, bu sözləri müğənni Rəşad İlyasov deyib. O toy biznesinin çökməsindən danışıb: "Toyların olmaması böyük bir sektora təsir edir. Toy olmayanda həyat dayanır, ailələr qurulmur. Çünki ailə quran xanıma cehiz lazımdır, oğlan ev hazırlamalıdır. Bu işlər bir-biri ilə zəncirvari bağlıdır. Etiraf edim ki, digər sənətçilər kimi mənim də toylarım azalıb. Az olanda az, çox olanda çox yeyirik".

- Toyların olmamasından gileyləndiniz. Dolanışığınızı nə ilə təmin edirsiniz?

- Dövlət Televiziyasında çalışıram, maaşa baxıram.

- Məşhurlar tez-tez evləri, avtomobilləri ilə gündəmə gəlir. Ötən gün Cabbar Musayev böhrana görə avtomobilini satdığını dedi.

- Böhran mənə çox təsir etməyib. Hələ ki, heç nəyimi satmamışam. "Range Rover" markalı avtomobilim var. Çox sevdiyim maşındır, içərisi təyyarəyə bənzəyir. Allah olmayanlara qismət etsin, öz halal pulumla almışam. Yenisi 120 min dollardır. Məndə əvvəlki buraxılışdır, 60 min dollardır. Mənə uyğun maşındır, sürəti məni qane edir, rəngi də gözəldir. Ona görə dəyişməyi düşünmürəm. Sənətimlə bağlı planlarım var, bunun üçün pul lazımdır. Maşın almaqdansa, sənətimə yatırım edəcəyəm.

- Yaradıcılıq planlarınız nələrdən ibarətdir?

- Duetlər var, hazır olmayanların kiminlə olduğunu deməyəcəyəm. Lalə Məmmədova ilə oxuduğumuz duet hazırdır. Mənim duet ortaqlarım fəxri adları olanlardır. İlhamə Quliyeva ilə "Yaşın nə fərqi var" mahnısını oxumuşduq. Bir az yaşlanandan sonra sözügedən bəstəni gənc xanım müğənni ilə oxumağı planlayıram. Klipdə gənc birinə aşıq olan kişini canlandırmaq istəyirəm. İstəyirəm böyük sevgini ks etdirək.

- Bu arzunuz xanımınızda qısqanclıq yaratmaz?

- Mənim xanımım əvvəldən bilirdi ki, kiminlə evlənir. Ikimiz də qısqanc deyilik. Xanımım həkimdir. Bəzən xəstəsi olan uşaqların valideynləri ilə danışır. Onlar arasında bəylər də olur, qısqanmıram. Mən də hər hansı xanım sənət dostumla qol-qola şəkil çəkdirirəm. Xanımım normal qarşılayır.Təki ailə arasında sivil münasibət olsun. Indiyə kimi ailə həyatımız yolunda gedib, bundan sonra da korlanacağını düşünmürəm.

- Günü-gündən səs yarışmalarının sayı artır. Bir vaxtlar siz də belə yarışmalar təqdim edirdiniz. Hazırkı müsabiqələr haqda nə düşünürsünüz?

- Səs yarışmaları çoxdur. Biz ANS-də "Bizimkilər" və "Kamerton" yarışması etmişdik, çox bəyənilmişdi. Mən də razı qalmışdım. İctimai Televiziyada uşaqların yarışması vardı, ondan da razı qalmışdım. Çox istedadlı uşaqlar vardı. İndiki layihələr isə daha çox kommersiya məqsədi güdür. Bu da işin keyfiyyətinə təsir edir.

Xəbərlər     Baxılıb: 2186   Tarix: 23 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

turlar.az

toy gecesi hamiləlik makiyaj instagram boşanmalar ilk tibbi yardim vetene aid bayatilar cümə gününün duası kosmetika badambura şirin qoğal uşaq nece olur damla novruz hakışdaları