"Maşının pulunu ikimiz yarı-yarıya..." - İslam GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDI

"Maşının pulunu ikimiz yarı-yarıya..." - İslam GİZLİNLƏRİN ÜSTÜNÜ AÇDINəhayət, uzun müddətdir ki, tamaşaçıların maraqla izlədiyi sözlü-söhbətli, qalmaqallı "Maşın" realiti şou yekunlaşdı. 17 gün davam edən gərgin mübarizənin qalibi isə qısa zaman kəsiyində məşhurlaşan aktyor İslam Mehrəliyev oldu. Böyük qalmaqalların baş verdiyi şou bitsə də, dedi-qodular, gəzən söz-söhbətlər səngimək bilmir ki, bilmir. Kimisi qalibin digər finalçı Elcan Rəsulovla öncədən razılığa gəldiyini, kimisi də bu verilişin əvvəlcədən ssenariləşdirilən bir şou olduğunu deyir. Yarışmanın qalibi İslam Mehrəliyev bu haqda kaspi.az-a müsahibə verib. Ailem.az həmin müsahibəni ixtisarla təqdim edir.

- Bu layihə ərəfəsində siz həm də ata oldunuz.

- Bəli, Məryəm adında qızım dünyaya gəldi. Bu hissi heç nə ilə əvəz etmək mümkün deyil.

- Hesab edirsinizmi qazandığınız maşın məhz dünyaya gələn övladınızın ruzisidir?

- Əlbəttə. Məryəm qızımla bərabər onun öz ruzisi də gəldi. Tanrı övladı göndərəndə, onunla bərabər ruzisini də göndərir. Yox yerdən Allah quluna göndərdiyi övlad payının bütün ehtiyaclarını yetirir.

- Şou zamanı bir çoxları orada baş verənlərin yalan və öncədən ssenariləşdirilmiş olduğunu dedi.

- Elə bir şey yoxdur. Veriliş zamanı deyirdilər ki, guya bütün yaşananların hamısı bir ssenaridir. Biz orada idik və bunun şahidi olduq. Vallah, billah belə bir şey olmayıb. Orada iştirak edən bu qədər sənətçilərə söz çatdırmaq olar? Onlara heç bir ssenari filan verilməyib. Bu, çox çətin bir şeydir. Orada hər ağızdan bir söz çıxır. Veriliş ərəfəsində şou haqqında min cür söz dedilər. Ancaq deyilənlərin hamısı yalandır.

- Şouya gedərkən inanırdınızmı ki, maşının sahibi siz olacaqsınız?

- Adətən yarışmalarda mənim bəxtim gətirir. İçimdə elə bir hiss var idi ki, bu maşın mənim olacaq. Ancaq bu elə bir yarışma idi ki, bir tərəfdən xalqın dəstəyi və SMS böyük rol oynayırdı. Final mərhələsinə qədər biz SMS-lərlə addımlayırdıq. Əslində inanmırdım ki, səs toplayaram və qalib gələrəm. Sonuncu dəfə Fərda Xudaverdiyev çıxıb mənim adımı verəndə heç inanmırdım ki, SMS-lərdə qalib gələ bilərəm. Veriliş zamanı kövrəlib ağlamağımın da səbəbi maşına görə yox, SMS-lərdə qalib gəlməyim, xalqın məni bu layihədə görmək istəyi və onların sevgisinə görə idi. Əslində bu sevgi məni çox kövrəltdi. Ona görə də gözyaşılarıma hakim ola bilmədim. Çoxları buna başqa cür don geyindirdi. Finala qədər gedib çıxdım, ondan sonrasını özümə borc bildim. Özümə söz verdim ki, əgər xalq məni dəstəkləyirsə, bu yarışmanın qalibi olmalıyam. İstəmədim desinlər ki, xalq onu dəstəklədi, ancaq qalib olmağa gücü çatmadı.

- Şou başlayarkən çox sakit və səssiz idiniz. Bu, qalmaqallardan uzaq qalmaq üçün sizin tərəfinizdən düşünülmüş bir taktika idimi?

- Mən real həyatda da söz-söhbətə qarışan biri deyiləm. Ancaq qəbul edirəm ki, səbirsiz bir insanam. Tez özündən çıxan biriyəm. Bir-iki dəfə susdum, sonra dözə bilmədim. Gördüm ki, adımdan çox istifadə edirlər. Onun üçün axırda partladım.

- Sonda iki nəfər, siz və Elcan Rəsulov finala qaldınız. Elcan necə rəqib idi?

- Elcan güclü rəqib idi. O, bu mübarizdə fiziki cəhətdən tab gətirə bilmədi. Ancaq insan kimi çox yaxşı biridir. Mən ona bundan sonrakı həyatında da uğurlar arzulayıram. Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik. Əslində elə bir şey yoxdur. Bölən olsaydıq, bunu əvvəlcədən bölərdik. Orada 41 saat mübarizə aparmazdıq. Özümüzü bu qədər əziyyətə salmazdıq.

- Şoudan əvvəl Oksana Rəsulova ilə yaxın dostluq münasibətiniz vardı. Sizcə, bu şou Oksana ilə münasibətlərinizə bir xələl gətirdimi?

- Mən elə bir insanam ki, bu gün dalaşdığım biri ilə sabah salamlaşıb görüşə bilirəm. Kinli insan deyiləm. Gerisi artıq onlara qalıb. Heç kimlə düşmən deyiləm. Onlar istəsələr, görüşərik. Heç birindən incik deyiləm, küsməmişəm də. Ümumiyyətlə, küsmək kimi bir xasiyyətim yoxdur.

- Bir maşına görə sənət adamlarının bu qədər qəlb qırmağına dəyərdimi?

- Bu, şoudur, yarışdır, mübarizədir. Bu mübarizənin sonunda hədiyyə maşın olacaqdı. Sənətçilər məhz maşın üzündən mübarizə aparırdılar. Düzdür, veriliş boyu bir çox iştirakçılar bir-birilərinə heç də xoş söz demədilər. Bir-birilərinin sözlərini həzm edə bilmədilər. Dalaşanda elə dalaşmaq lazımdır ki, barışmağa yer qalsın. Orada heç kimlə o qədər də böyük intriqam olmadı. Veriliş boyu heç bir sənət dostumu söymədim, təhqir etmədim. Düzdür, çoxu mənim maşını qazanmağımı qəbul etmədi, edə bilmədi. Yenə də özləri bilərlər. Qoy, olsun. Mən onlara heç nə deyə bilmərəm. Allah hər kəsin ürəyinə görə versin.

Xəbərlər     Baxılıb: 2413   Tarix: 20 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler hamiləlik yay kolleksiyasi tənəffüs orqanları ayaqqabı xorionik qonadotropin müsabiqələr kosmetika novruz bayramına aid hakışda novruz bayramina aid hakisdalar burcler haqqinda 8 mart baliq burcu