Maska ilə idman edənlərə xəbərdarlıq

Maska ilə idman edənlərə xəbərdarlıqYeni tip koronavirusun ortaya çıxdığı Çinin Uhan şəhərində qoruyucu maska geyinərək qaçış edən 26 yaşlı şəxsin ağciyəri partlayıb. Tənəffüs çatışmazlığı şikayəti ilə xəstəxanaya aparılan gənc əməliyyat olunub. Həkimlər xəstənin sol ağciyərinin 90% partladığını və ürəyinin sağ tərəfə doğru sürüşdüyünü bildirib. Bu olaydan sonra mütəxəssislər yanlış maska istifadəsinə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Türkiyənin Ege Universitetinin Tibb Fakültəsi Döş Qəfəsi Xəstəlikləri Şöbəsinin professoru Mehmet Sezai Taşbakan açıq havada idman edərkən və qaçarkən qoruyucu maskadan istifadənin təhlükəli olduğunu deyib.
O bildirib ki, səhiyyə işçilərinin istifadə etməli olduğu maskaları sadə vətəndaşlar da taxır: "N95 tipli maskalar tənəffüs zamanı nəfəsə əngəl olur. Verdyimiz nəfəsin müəyyən hissəsini yenidən alırıq. Maskanın uzun müddət istifadəsi qanda zərərli karbon-dioksid qazının yığılmasına səbəb olur. Bu zərərli qaz da ani ölümlərə yol aça bilir. Bizim xalqa tövsiyə etdiyimiz maskalar cərrahidir. N95-lərin gündəlik həyatda istifadəsi əlverişli deyil. Xüsusilə, idman edən şəxslərə heç məsləhət deyil".
Professor qeyd edib ki, açıq havada idman edənlər sosial məsafə qaydalarına riayət etməlidir: "Qələbəlik şəraitdə cərrahi maska taxılaraq, 1,5 metr məsafəni gözləməklə idman edilə bilər. N95 tipli maskalar zənn edildiyinin əksinə, insanı çox qorumur". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1552   Tarix: 20 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

kosmetik vasiteler geyim necə seçməli qadın geyimi tort reseptləri normal yuxu praktik məsləhətlər moruğun faydasi kosmetika novruz bayrami hakisda xanım az baldiza aid rus dilin nece orenek webnem tovuzlu