Mədə necə işləyir?

Mədə necə işləyir?Ağız boşluğunda hissəvi olaraq emal edilmiş qida udlaqdan qida borusuna, oradan isə mədəyə daxil olur.
Mədə - həzm sisteminin genişlənmiş hissəsi olub, qida borusundan keçdikdən sonra qidanın yığıldığı yerdir.
Mədə sol qabırğaaltı nahiyədə yerləşmişdir. Bu, boşluqlu orqan olub oraya daxil olan qidanın həcmindən asılı olaraq öz ölçülərini xeyli dərəcədə artıra bilir. Ona görə də mədənin ölçüsü və forması hər bir şəxsdə fərdi şəkildə olur.
Mədənin əsas vəzifəsi - mədə şirəsinin köməkliyi ilə qidanı həzm etməkdir. Mədə şirəsinin əsas komponentləri - xlorid turşusu, selik və fermentlərdən ibarətdir. Xlorid turşusu qidanı "həll" edir. O, həmçinin bakteriosid xüsusiyyətə malik olub qida kütləsi ilə daxil olan zərərli mikrobların bir çoxunu məhv edir. Mədədəki selik - mədənin daxili selikli qişasını xlorid turşusunun və mədə fermentlərinin təsirindən qoruyaraq onun özünün də qida ilə birlikdə həzm edilməsinə imkan vermir. Mədə fermentləri mədə şirəsinin həzmedici aktivliyini təmin edir.
Mədədə əsasən zülallar emal olunur. Yağların emalı isə onikibarmaq bağırsaqda baş verir. Yağların həzm edilməsinə qara ciyərdə hazırlanan və istifadə edilən vaxta qədər öd kisəsində ehtiyat şəklində saxlanan öd kömək edir.
Divarındakı əzələ qatının hesabına mədənin yığılmaq və dartılmaq xüsusiyyəti də vardır ki, bunun da nəticəsində mədədə olan qida əzilərək, mədə şirəsi ilə qarışdırılaraq maye - horra halına gətirilir. Daha sonra isə hissəvi olaraq emal edilən qida kütləsi həzmin davam etdirilməsi üçün mədənin yığılması nəticəsində onikibarmaq bağırsağa ötürülür.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1176   Tarix: 18 dekabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

yemek reseptleri maskalar geyim necə seçməli sevişmə biliye aid atalar sozleri 2026 burcler hamilə qadın kosmetika tapmaca oyunlar sevda səməd vurğun muellim seiri