"Mədə nevrozu" nədir? - HƏKİM YAZIR

İrritabl bağırsaq sindromu (İBS) dünya səviyyəsində 6-18% insanlarda rast gəlinir. Bu vəziyyət  bağırsaqların boşaldılması tezliyi və nəcisin dəyişiklikləri və qarının aşağı nahiyəsində olan ağrıları əhatə edir. 
Diyeta, stress, yuxusuzluq və bağırsağın normal florasını təskil edən bakteriyalardakı dəyişikliklər bu şikayətləri stimullaşdıra bilər. Bununla yanaşı tətikləyicilər hər bir şəxs üçün fərqlidir. 
Əsas əlamətləri aşağıdakılardır:
1. Ağrı və kramplar
Qarın ağrısı ən çox rast gəlinən simptomdur və diaqnozun qoyulmasında önəmli faktordur.
Normal vəziyyətdə bağırsaqlarımız və beynimiz həzmi idarə etmək üçün birlikdə işləyir. Bu bağırsaglarımızda yaşayan lazımlı bakteriyaların ifraz etdiyi maddələr, sinirlər və siqnallar vasitəsilə baş verir.
İrritabl bağırsaq sindromunda siqnallar təhrif olunur və həzm traktının əzələlərində idarə olunmayan və ağrılı gərginliyə səbəb olur. Bu ağrı adətən qarının aşağı hissəsində və ya bütün qarın nahiyəsində yayıla bilər, lakin yalniz yuxarı qarın nahiyəsində olma ehtimalı azdır. Ağrı adətən bağırsaq boşaldıqdan sonra azalır.
Pəhriz ağrı və digər simptomları yaxşılaşdıra bilər. Digər müalicələrə nanə yağı, koqnitiv davranış terapiyası və hipnoterapiyanı göstərmək olar. Sadaladığımız vasitələrə cavab verməyən ağrı zamanı mütəxəssisə müraciət etmək lazımdır.
2. İshal
İshalın üstünlük təşkil etdiyi irritabl bağırsaq sindromunun üç əsas növündən biridir. İBS olan xəstələrin təxminən üçdə birində rast gəlinir.
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, ishalın üstünlüyü olan İBS-li insanlar digərlərindən 2 dəfə daha çox, yəni həftədə 12 dəfə defekasiya aktı yerinə yetirirlər.
İBS-lə sürətlənmiş bağırsaq möhtəviyyatının bağırsaqda hərəkəti də, ani bağırsaq boşalmalarına səbəb olur. Bəzi xəstələr üçün bu əhəmiyyətli stress mənbəyidir. Qəfil ishalın baş verməsindən qorxaraq  sosial aktivlilərindən  çəkinirlər. 
Bundan başqa ishalın üstünlük təşkil etdiyi nəcis boş və sulu olur, həmçinin tərkibində selik ola bilər.
3.Qəbizlik
Qəbizliyin üstünlük təşkil etdiyi İBS ən çox yayılmış tipdir və İBS olan insanların təxminən 50%-ni təşkil edir.
Beyin və bağırsaq arasındakı əlaqənin pozulması nəcisin normal hərəkət sürətini yavaşlada və sürətləndirə bilər. Müddət yavaşladıqda nəcisin tərkibindəki maye bağırsaq tərəfindən sorulur və onun sürətini daha da azaldır. Əgər həftədə 3 dəfədən az defekasiya akri olarsa qəbizlik olduğunu düşünmək lazımdır.
Funksiyanal dediyimiz bu qəbizlik xroniki qəbizliyə bənzəyir, lakin burada altda hər hansı orqanık səbəb olmur. Bu İBS ilə əlaqəli deyil və cox yayılmışdır. Funksiyanal qəbizlik İBS-dən ümumiyyətlə ağrılı olmaması ilə fərqlənir. Bunun əksinə olaraq İBS-dəki qəbizlik bağırsağın boşaldılması ilə  yüngülləşən qarın ağrısıyla birlikdə olur. İBS-dəki qəbizlik də çox zaman bir bağırsaq boşaldılması istəyi  hissinə səbəb olur. 
İBS üçün olan müalicələrlə yanaşı idman hərəkətləri etmək, daha çox su içmək, lifli qidalardan istifadə etmək, probiotik qəbul etmək köməklik göstərir.
4.Qəbizlik və ishal 
Qarışıq forma adlanan bu forma İBS olan xəstələrin 20%-də rast gəlinir. İBS-də ishal və qəbizlik xroniki, tekrarlana qarın ağrısı ilə birlikdə olur. Qarışıq forma İBS-də simptomlar şəxsdən-şəxsə dəyişir. 
5. Nəcis ifrazının tezliyindəki dəyişikliklər
Bağırsaqda asta hərəkət edən nəcis kütləsindən mayenin bağırsaq tərəfindən sorulması səbəbilə susuz qalır. Nəticədə qəbizliyin simptomlarını şiddətləndirən sərt nəcis əmələ gətirir.
Nəcisin bağırsaqdan sürətli hərəkəti mayenin əmilməsi üçün zamannın azlığı səbəbilə duru nəcis  yaranır.
Bundan başqa İBS-də nəcisdə seliyə də rast gəlinir. Nəcisdə qan, ciddi bir xəstəliyin əlaməti ola bilər. Bu zaman qan al-qırmızı ola bilər, lakin çox zaman tünd və ya qatran rəngində olur.
6. Qaz və şişkinlik
IBS-də həzmdə olan dəyişikliklər daha çox qaz əmələ gəlməsinə səbəb olur. Bu isə narahatedici şişkinliyə şəbəb olur. İBS olan xəstələrin bir çoxunda şişkinlik ən davamlı və narahatedici simptomlardan biridir. Şişkinlik və kramplar qadınlarda və qəbizliyin üstünlüyü olan İBS-li xəstələrdə daha çox rast gəlinir. Laktozadan çəkinmək şişkinliyin azalmasına kömək edə bilər.
7. Gida intoleransı
İBS-li şəxslərin 70%-də bəlli qıdaların simptomları tətiklədiyi bildirilir. 
İBS-li xəstələrin üçdə ikisi bəlli yeyəcəklərdən uzaq durur. Bu qidaların hansı səbəbdən simptomları tətiklədiyi məlum deyil. Qidaya qarşı bu dözümsüzlük alergiya deyil. Tətikləyici qidalar hər kəs üçün fərqli olsa da bəzi qidalar qaz əmələ gəlməsinə səbəb olan laktoz və qlüten tərkiblidirlər.
8. Yorğunluk və yuxu pozulması
İBS-li şəxslərin yarısından çoxunda yorğunluk  şikayəti olur. 
İBS yuxuya getmədə çətinlik, tez-tez yuxudan oyanma və səhər oyandıqda özünü narahat hissini əhatə edən yuxusuzluqla əlaqəlidir. Araşdırma nəticəsində İBS-li xəstələrin bir saat daha çox yuxuladıqları, ancaq səhərlər İBS-i olmayanlardan daha yorğun olduqları aşkarlandı. Maraqlıdır ki, zəif yuxu, ertəsi gün mədə-bağırsaq simptomlarının daha da şiddətləndiyi müşahidə olunur.
9. Həyəcanlılıq və depresiya  
İBS, qayğı və depresiya ilə əlaqəlidir.
İBS simptomlarının zehni stressin nəticəsində olub-olmaması və ya İBS ilə yaşamağın stressinin  ınsanları psıxolojı  çətinliklərə daha çox meylli edib-etməməsidəqiq məlum deyil. Araşdırma nəticəsində məlum olmuşdur ki, İBS olan insanların həyəcan pozğunluguna 50%-dən çox, depresiya kimi əhval-ruhiyyə pozğunluğuna malik olma ehtimalı 70%- dən çox oldu.
Başqa bir araştırma İBS olan və olmayan xəstələrdə stress hormonu kortizol səviyyəsini müqayisə etdi. Toplum qarşısında danışma vəzifəsi verildi, İBS-i olanlar kortizolda daha yüksək nəticə görüldü. Bu isə daha yüksək stress səviyyəsini düşündürür.
Başqa bir çalışma isə həyəcana qarçı müalicə  stressi və İBS simptomlarını azaltdığını aşkar etdi.
İrritabl bağırsaq sindromu olduğunuzu düşünürsüzsə nə etməlisiniz?
Həyat keyfiyyətinə təsir edən İBS simptomlarınız varsa, mütləq həkimə müraciət edin. İlk olaraq digər xəstəliklər inkar edilməlidir.
İBS ən az 6 ay ərzində təkrarlayan qarın ağrısı ilə birlikdə  3 ay ərzində həftəlik ağrı ilə birlikdəbağırsaqların boşaldılmasıyla rahatlayan ağrının  kombinasiyası və bağırsağın boşaldılması tezliyi və ya nəcisin qatılığındakı dəyişikliklər ilə diaqnoz qoyulur.
Stressi azaltmaq, bol su içmə, idman kimi həyat tərzi dəyişiklikləri simptomların zəifləməsinə kömək edə bilər. 
Probiotik əlavələri də həmçinin simptomları zəiflədir. Əlavə olaraq kafein, alkoqol və şirin içkilərdən uzaq durmaq simptomları azalda bilir. 
Əgər sadalananlar effekt verməzsə, mütləq dərman müalicəsi  qəbul etməlisiniz. 
İBS olduğunuzu dününürsüzsə, yemek və simptom gündəliyi tutmaq tövziyyə olunur. Sonra bu məlumatlarla birlikdə həkimə müraciət edin.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1655   Tarix: 24 iyun 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

aksessuarlar donlar 2026 qadın geyimi atalar sozu elm haqqinda neyrosirkulyator distoniya tutma reseptleri pol breqq kosmetika hesaplama nizami gencevi azerb clpaq qadinlari baliq vətən həsrəti