Mədə qastriti xərçəngə çevrilirmi? - Bir müddət sonra

Mədə qastriti xərçəngə çevrilirmi? - Bir müddət sonraƏgər mədədə xora, eroziya, yara varsa, o vaxtında aşkar olunub müalicə edilməsə, həyati təhlükəli vəziyyətə-yəni mədə xərçənginə kimi gətirib çıxara bilir. Bunu illərdir həkimlər pasiyentlərə bildirir.
Sürətlə dərinləşən xoranın ən ağır mərhələsi perforasiyadır. Bu zaman mədə divarı xaricə deşilir və orda olan şirə, möhtəviyyat, qida qalıqları boşluğa tökülür. Dəhşətli ağrı başlayır, xəstə dözülməz ağrılarla xəstəxanaya çatdırılır.
Perforasiya qəfil baş verir, əgər bi dəfə oldusa, deməli təkrarlanacaq və qanayacaq.
Milli.Az mədə perforasiyanın səbəblərini təqdim edir.
-Daha çox acı, konserv, quru yeməklər, fast-food yedikdə olur
-qəflətən göbəyi də əhatə etməklə qarının yuxarısından kəskin ağrı xəstəni ikiqat edir
-qarın əzələləri çox gərginləşir, lövhəyəbənzər qarın yaranır
-Ağrılar ciddi təcili həkim yardımı və xüsusi iynələr olmasa dayanmır
-Vaxtında kömək etmədikdə xəstə irinli peritonitdən ölə bilər
Gənc insanlarda da çox rast gəlinir. Ağrı kəsən kimi və bir qədər müalicədən sonra xəstə yaxşılaşdığını güman edib müalicəni sona kimi çatdırmır və unudur. Ona görə xəstəlik xronikləşir və bu xoralar sonradan asanlıqla mədə xərçənginə keçid edir.
Mədə xorası qanaxması
Mədə və 12 barmaq bağırsaq xoralarında zədələnmiş orqanda daxili qanama başlayır. Xora divarın yarasıdır. Müalicə olunmadıqca və zərərli qidanın təsiri ilə o dərinləşir, divarı yeyir və ordakı damarlara çatıb onları deşir. Mədədə damar çoxdur, ümumiyyətlə mədə qan dövran edən orqandır. Ona görə burda qanama riski çoxdur və asandır.
Mədə qanaması xoralı mədəsi olan insanın səhərlər acqarına dalbadam siqaret çəkməsi, kofe içməsi, eləcə də mədəni uzun müddət boş saxlaması, işdə əsəbləşməsi səbəbindən ani başlaya bilər.
Simptomları:
-Qəfil halsızlıq, sanki köməksiz vəziyyətdə ölürmüş kimi hiss
-Başgicəllənmə
-Soyuq tər
-Yuxunun gəlməsi
-Qorxu
-Ürək nəbzin sürətlənməsi
-Tünd qəhvəyi rəngdə fontan kimi qusuntu
-Nəcisi qara rəng alması
Ən təhlükəlisi iri damarların qanamasıdır. 15 dəqiqə ərzində xəstə litrlə qan itirə bilər. Yardım olunmasa və qanama saxlanılmasa xəstə 1 gün ərzində ölür.
Mədə xərçəngi mədənin illərlə davam edən xroniki yara - xorasının şişə çevrilməsidir. İlk başda xərçəng şişinin səthi mədə xorasına çox bənzəyir, hətta endoskopik müayinədə belə həkim çətin ayrıd edir.
Xora, yara, eroziya bədxasəlli xoraya çevrilir.
İlk əlamətləri: əgər xorada mədədə ağrı yeməkdən sonra sakitləşirsə, xərçəngdə əksinə yeməkdən sonra ağrı daha da artır və ağrılar fasiləsiz olur.
Həzm etmə pozulur, sevdiyiniz qidalara ikrahla yanaşırsız, iştah küsür, arıqlayırsız, bağırsaqlar pozulur, halsızlıq və s.
Bu əlamətlərin istənilən biri varsa siz mədənizi ən azı ildə bir dəfə endoskopik dəqiq müayinə etdirib qastroenteroloq və onkoloq müşahidəsində olmalısız ki, xəstəlik olarsa, elə birinci dərəcədə aşkar edib, sadəcə cərrahi əməliyyatla bu bəladan xilas olasız. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1062   Tarix: 29 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari