Mədə xəstəliklərinə faydalı bitki çayları

Mədə xəstəliklərinə faydalı bitki çaylarıMədə xəstəlikləri arasında ən çox mədənin selikli qişasının iltihablaşmasına - qastritə rast gəlinir. Qastritin əmələ gəlməsinə müxtəlif bakteriyalar və mikroblar səbəb olur. Vaxtlı-vaxtsız qidalanma rejimi, çox soyuq və çox qaynar, kəskin və ayaqüstü qidalar da qastritin əmələ gəlməsində mühüm rol oynayır.
Qastrit qarında köp, ürəkbulanma, qıcqırma, həzm sistemində pozğunluqların olması ilə özünü biruzə verir. Aşağıdakı bitki çayları sadalanan əlamətlərin aradan qalxmasına və qastritin sağalmasına yardım edən bitki çaylarıdır.
Çobanyastığı çayı.
Qastritin təbii vasitələrlə müalicəsində çobanyastığını dəmləməsinin faydası böyükdür. Çobanyastığı ilıtihab əleyhinə, ağrı kəsici və antibakterial təsirə malikdir. Çobanyastığı mədə-bağırsaqlardakı köpü aradan qaldırır, həzmi normallaşdırır və bağırsaqlara rahatladıcı təsir göstərir.
Biyan kökü dəmləməsi.
Biyan kökü dəmləməsi qastrit əlamətlərini azaltmaqla yanaşı, onun sağalmasını sürətləndirir. Amma biyan kökü dəmləməsini içməmişdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki onun tərkibində olan glisirizin maddəsinin yanaşı təsirləri ola bilər.
Sarıkök.
İltihab əleyhinə təsir göstərməklə qastritin əlamətlərini azaldır. Sarıkök orqanizmdə olan iltihab enzimlərinin fəaliyyətini zəiflədir. 2001-ci ildə Tailandda keçirilən araşdırmalarda sarıkökün 1-2 həftə ərzində qastrit əlamətlərinin azaltdığı sübut olunmuşdur.
Kimyon.
Kimyon dəmləməsi həzmi yaxşılaşdırır, mədə-bağırsaqlardakı köpü aradan qaldırır, mədə turşuluğunu azaltmaqla qıcqırma əlamətlərini aradan qaldırır.
Zəncəfil.
Zəncəfil mədə-bağırsaq sistemində əmələ gələn əksər problemlərin həllində ən yaxın köməkçi hesab edilir.
Mütəxəssislər bitki çayları ilə müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməyinizi tövsiyə edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1563   Tarix: 08 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qis geyimləri 2026 aciq zedelenmeler yaralar qizilgul haqqinda melumat xolesterini azaldan qidalar qozlu toyuq salati kosmetika novruza aid hakışda vicdan novruz hakistalari hekaye janri bedii edebiyyat