Mədə yanmasına səbəb ola biləcək qidalar

Mədə yanmasına səbəb ola biləcək qidalarMədə yanması döş qəfəsində və boğaz nahiyəsində hiss olunan yanğı və ağrılı hisslərlə müşahidə olunur.
Milli.Az xəbər verir ki, bu vəziyyət adətən mədə şirəsinin tərkibindəki duz turşusu və fermentlərin mədədən yuxarıda yerləşən qida borusuna keçməsi nəticəsində yaranır. Mədə şirəsi qida borusunun selikli qişasını qıcıqlandırır və narahatlıq yaradır. Normal halda mədə ilə qida borusu arasında yerləşən halqavari əzələ bu prosesin qarşısını alır, lakin bəzi məhsullar bu əzələnin fəaliyyətini poza bilər.
Məlumata görə, payız və qış aylarında daha çox istifadə olunan bəzi meyvə və tərəvəzlər mədə yanmasını tətikləyə bilər. Məsələn, alma və zoğal kimi turş meyvələr mədədə turşuluğun artmasına səbəb olur. Eyni zamanda portağal, mandarin və limon kimi sitrus meyvələr C vitamini ilə zəngin olsalar da, onların da tərkibindəki turşular mədə yanmasını gücləndirə bilər. Bu səbəbdən belə meyvələrin çox istehlak edilməsi tövsiyə olunmur.
Mədə yanmasına təsir edən amillər arasında içkilər də mühüm rol oynayır. Məsələn, isti çayda olan kofein duz turşusunun istehsalını artırır, çaya əlavə edilən nanə isə qida borusunu qoruyan əzələnin tonusunu azaldır. Bu da turşu axınının qarşısını alan mexanizmin zəifləməsinə gətirib çıxarır.
Bundan əlavə, mədə yanmasının az tanınan, lakin geniş yayılmış səbəblərindən biri stressdir. Gün işığının azalması, ilin sonuna doğru artan iş yükü və gərginlik həzm sisteminin fəaliyyətinə təsir göstərir, mədədə turşuluğun artmasına və narahatlığa səbəb olur.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1310   Tarix: 11 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qaşların formalari geyim şəkilləri həkim məsləhəti soyuqdəymədən necə qorunmalı geyim və ayaqqabılar ləkələr mələk kartları çək kosmetika tanisliq gozde olar qız bürcü maska sağlamlığın sirleri