Mədəaltı vəzi qoruyun, yoxsa

Mədəaltı vəzi qoruyun, yoxsaMədəaltı vəzinin iltihabı məhz "pankreatit" adlanır. Mədə ilə qarın boşluğu arasında yerləşən mədəaltı vəzi bağırsaqlara daxil olan qidanın parçalanması üçün 15 fərqli enzimlərin və qanda şəkərin miqdarının tənzimlənməsi kimi vacib funksiyalar həyata keçirən hormonların ifraz edilməsidir. Hormonların sintezi "mədəaltı vəzinin endokrin funksiyası" adlanır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu funksiyalar pozulduqda və mədəaltı vəzi öz işini lazımı qədər yerinə yetirmədikdə pankreatit xəstəliyi meydana gəlir. Pankreatit iki hissəyə bölünür: kəskin və xroniki. Kəskin pankreatit qəfil başlayır və günlərlə davam edir. Onun gedişi daha mülayim olur və bir neçə gün ərzində sağalması mümkündür. Ağır gedişli kəskin pankreatitlər isə daha ağrılı keçir və sağalması uzun çəkir. Bu tip pankreatitlərdə ölüm halları 30 faizdir.
Kəskin pankreatitin əlamətləri:
· Qarnın yuxarı hissəsində əvvəlcə zəif, sonra güclənən ağrılar
· Ağrının kürək nahiyəsinə yayılması
· Yeməkdən sonra ağrıların kəskinləşməsi
· Ürəkbulanma
· Qusma
· Qarnın şişməsi
· Hərarətin yüksəlməsi
· Qaşınma
· Yuxusuzluq, zəiflik və başağrıları
Xroniki pankreatitlər isə daha ağır olur və illərlə davam edir. Bu zaman ağrılar mütəmadi xarakter daşıyır ki, bu da mədəaltı vəzinin çapıqlaşması prosesinin gizli getməsinə və ağırlaşmaya gətirib çıxarır. Bu zaman həzm pozulur, mədəaltı vəzi şirələrinin ifrazı azalır, qarında köp əmələ gəlir. Bədən get-gedə çəkisini itirməyə başlayır.
Səbəbləri:
Xəstəliyin yaranmasına səbəb onun sintez etdiyi enzimlərin vaxtından əvvəl aktivləşməsidir. Onun ifraz etdiyi enzimlər qeyri-aktiv olur. Onların aktiv olması mədəaltı vəzi toxumalarını aşındıra bilər. Xroniki pankreatit zamanı isə enzimlər mədəaltı vəzidə aktivləşir və onu zədələyir. Bu da iltihablaşma prosesini gücləndirir. Xroniki pankreatit mədəaltı vəzi toxumasını aradan qaldıra bilməyəcək səviyyədə zədələyir. İltihabın yaranmasının başlıca səbəbi öd daşı xəstəliyidir. Belə ki, öd daşı mədəaltı vəzi kanalını sıxır və daxilində təzyiqin əmələ gəlməsinə şərait yaradır.
Xəstəliyə eyni zamanda aşağıdakı proseslərdə səbəb olur:
· Spirtli içki qəbulu
· Qarın boşluğu əməliyyatı
· Bəzi dərmanların həddindən artıq qəbulu
· Siqaret
· Müxtəlif infeksiyalar
· Qarın zədələri
· Mədə və onikibarmaq bağırsağın xorası
· Avtoimmun proses
Müalicəsiz qalan xəstəlik daha da ağırlaşmaya gətirib çıxarır:
Tənəffüs problemləri - xəstəlik zamanı baş verən kimyəvi reaksiyalar ağciyərin funksiyasını pozur və qanda oksigenin miqdarı düşür. 
Şəkər xəstəliyi - mədəaltı vəzidə baş verən xroniki çapıqlaşma şəkər mübadiləsində böyük rolu olan insulin sintezinin azalması ilə nəticələnir.
Böyrək çatışmazlığı - kəskin pankreatit zamanı böyrək öz funksiyasını tamamilə itirir.
Həzmin pozulması - o, həzm prosesi üçün böyük rol oynayan pankreas enzimlərinin sintezinin azalmasına səbəb olur.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1237   Tarix: 10 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geymler 2026 gelinlikler geyim və ayaqqabılar ilk tibbi yardım qas duzeltme mələk kartları çək milli yemekler kosmetika qiz adlari sac duzumleri qaynanaya aid faydalı bilgilər azerbaycan