Mədəaltı vəzinin sağlam qalması üçün 5 MƏSLƏHƏT

Mədəaltı vəzinin sağlam qalması üçün 5 MƏSLƏHƏTOrqanizmin normal fəaliyyəti üçün ona zülallar, karbohidratlar, yağlar və bir çox digər maddələr lazımdır.
Bu maddələr insan orqanizminə mürəkkəb formalarda daxil edilir. Orqanizm isə onları daha sadə maddələrə parçalayır ki, bu maddələr bizi həyat üçün lazım olan enerji ilə təmin edir və orqanizmin hüceyrələri üçün "tikinti materiallar" funksiyasını yerinə yetirir. Bütün bu proses həzm, endokrin, sinir və qan sistemlərinin birgə fəaliyyəti nəticəsində baş verir.
Mədəaltı vəzi həzm proseslərində əsas rollardan birini oynayır. Məhz mədəaltı vəzi zülallar, yağlar və karbohidratların parçalanması üçün lazım olan maddələri - fermentləri sintez edir. Bu fermentlər 12 barmaq bağırsağa düşür. Digər tərəfdən mədəaltı vəzi qanda şəkərin səviyyəsini tənzimləyir. Bu mədəaltı vəzi ifraz edən 2 hormonun köməyi ilə (insulin və qlükaqon) baş verir. Beləliklə, mədəaltı vəzi orqanizmdə çox vacib funksiyaları yerinə yetirir və bu orqanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.
Mədəaltı vəzi sağlam saxlamaq üçün bu sadə qaydalara əməl etmək lazımdır:
1. Bİr çox hazır qidaların tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzi üçün zəhərlidir. Bu maddələr qidanın kimyəvi tərkibini dəyişir və fermentlərin hazırlanması prosesini pozur. Mədəaltı vəzi sağlam saxlamaq istəyən insan tərkibində bu maddələr olan qidaları qəbul etməməlidir.
2. Qidalamalar arasında böyük fasilələrin verilməsi mədəaltı vəzi üçün çox ziyanlıdır. Əgər insan, misal üçün, səhər yeməyi qəbul etmir, günorta az, axşam isə çoxlu miqdarda qida qəbul edirsə, bu mədəaltı vəzinin sağlamlığına olduqca çox mənfi təsir edir. Təəssüf ki, şəhərdə yaşayan insanların bir çox hissəsi məhz belə qidalanır.
Gün ərzində 5 dəfə kiçik miqdarlarda qida qəbul etmək lazımdır. Bu zaman mədəaltı vəzi həddən artıq yüklənməyəcək.
3. Əgər insan bir qida qəbulu zamanı çoxlu sayda müxtəlif və xüsusilə həzm üçün çətin olan qidaları qarışdırarsa, bu həzm sisteminin fəaliyyətində pozulmalara gətirib çıxardacaq. Həkimlər 1 qida qəbulu zamanı heyvani zülalları və karbohidratları qarışdırmaq tövsiyə etmir (məsələn, ət yeməkləri üçün qarnir kimi kartof və makaron deyil, kələm, kök seçmək daha yaxşıdır).
4. Həddən artıq çəki daxili orqanlarının piylənməsinə səbəb olur ki, bu orqanların fəaliyyəti pozulur və nəticədə metabolik sindromun inkişafına və mübadilə proseslərin pozulmasına səbəb olur. Əgər sizdə artıq çəki varsa, arıqlamağa çalışın. Bu sizi bir çox xəstəliklərin inkişafından qoruyacaq.
5. Mədəaltı vəzi çox duzlu, hisə verilmiş, qızardılmış, çox yağlı qidaları, spirtli içkiləri xoşlamır. Mədəaltı vəzinin sağlamlığını saxlamaq üçün daim sağlam qidalanma prinsiplərinə əməl edin. Qidaları yağda qızartmayın, suda və ya buğda bişirin, müntəzəm meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, bitki yağları qəbul edin, kifayyət qədər təmiz su için.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3167   Tarix: 04 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

gözəllik məhsulları donlar 2026 aksessuarlar məsləhətlər kakao ibrətamiz sözlər estetik gözəllik kosmetika ikizler hesaplama tanisliq sanama haxışda