""Məharətləri"ylə tanınan bu qadını tərifləmək istəyirsinizsə, bəhanə axtarmayın" - Brilliant əsəbiləşdi
"Əziz dostlar, öz xalqının nümayəndələrini təhqir edən bu səhifəyə diqqətlə baxın. Üzümü sizə tutub demək istəyirəm ki, kimisə təriflmək istəyirsinizsə, bəhanə axtarmayın".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "İnstaqram" hesabında yazıb.
Sənətçi sosial şəbəkədə erməni əsilli dünya ulduzu Kim Kardaşyanın şəklini paylaşıb "Kimin ombası qədər olmayan Xalq artistlərimiz" sözünü yazan səhifəni sərt tənqid edib: ""Məharətləri"ylə tanınan bu qadını tərifləmək istəyirsinizsə, bəhanə axtarmayın.Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair...
Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür