"Məhkəmələrdə sürünmək ona yaraşır" - Təranədən Nazəninin ərinə CAVAB

"Məhkəmələrdə sürünmək ona yaraşır" - Təranədən Nazəninin ərinə CAVABSon günlər adı müğənni Nazəninin əri Məhəbbət Həsənovla məhkəmə çəkişmələrində hallanan ifaçı Təranə Qumralın bu məsələ ilə bağlı müsahibəsini təqdim edirik:

- Məhəbbət Həsənov məlum Bakı Appellyasiya Məhkəməsindən sonra sizə qarşı açıq şəkildə şərəf və ləyaqətinizi təhqir edən fikirlər səsləndirib. Məhz, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək fikriniz varmı?

- Məhəbbət Həsənov mənim şərəf və ləyaqətimi təhqir edə bilməz. Çünki onun mənim haqqımda dediklərini nə eşidirəm, nə də ki, əhəmiyyət verirəm. Mənə qarşı səsləndirdiyi bütün fikirlər onun öz ailəsinə aiddir. Kim hansı tərbiyəni, əxlaqı öz ailəsində görürsə, cəmiyyətdə olan digər xanımlara da elə münasibət bəsləyir. Qaldı ki, Məhəbbət Həsənovu məhkəməyə verəcəyəm ya yox, o barədə düşünməmişəm. Vəkilim bu işlərlə məşğuldur. Zamanım yoxdur ki, boş söhbətlərə qızıldan dəyərli vaxtımı xərcləyim. Ondansa ailəmlə, sənətimlə məşğul olaram. Məhkəmələrdə sürünmək ona yaraşır, mənə yox. Mən evimdə xanım-xatun oturmuşam və keçən karvanlara da əhəmiyyət vermirəm. Çünki mən onlar üçün vacib adamam, onlar mənim üçün yox.

-Hüquqda belə bir anlayış var ki, baş verən hadisəyə fərziyələrlə deyil, məntiqlə cavab verilməlidir. Məhkəmədə Məhəbbət Həsənovun qaldırdığı iddia tam fərziyələrə əsaslanırdı. Buna baxmayaraq, məhkəmənin onun iddiasını qismən də olsa təmin etməsi sizdə təəccüb yaratmadı?

-Əlbəttə, müəyyən qədər tərəddüd yaratdı. Amma mən Azərbaycan qanunvericiliyinin nə dərəcədə ali olduğunu anlayıram. Özünüz də dediniz ki, fərziyyələr... Çox gözəl. Bu insan yatıb yuxuda gördüyü bir şeyi iddia edir ki, sən etmisən. Mən məşhur simayam. Bizi toylarına dəvət edən, şəkil çəkdirən, çox istəyən o qədər insan var ki... Onlardan bəlkə kimsə mənim adıma "İnstagram" səhifə açıb, işlədir, nə isə yazırsa, mən nə edə bilərəm?! Məhəbbət Həsənov özündən bu qədər şübhəli olmasın. Çünki kişi danışdığı, dediyi hər ifadənin arxasında durmağı bacarmalıdır. Hansı kişiyə yaraşar ki, xanımla savaşa çıxsın? Hansı kişi bunu özünə sığışdırar, yaraşdırar axı?! Anlamıram vallah. Biz görmüşük ki, qadın-qadınla arasındakı problemi həll edər və ya etməz. Amma indi zəmanə dəyişib, deyəsən. (gülür-red) Həm də ki, mən də bu xalqın balasıyam, qanım da, canım da bu millətdəndir...

-Araşdırmalarımız təsdiq edir ki, siz Azərbaycanın milli ordusunda döyüşərək dünyasını dəyişən şəhidlərdən birinin bacısısınız. Buna baxmayaraq, belə bir ailə üzvünün məhkəməyə verilməsi əxlaqi və milli mənəvi dəyərlərimizə hörmətsizlik kimi qiymətləndirilə bilər?

-Mən heç bir yerdə bundan sui-istifadə etməmişəm. Nə efirdə, nə də müsahibələrimdə. Düzdür, soruşanda bir kəlmə qardaşımın ruhu mənə qənim kəsilməsin deyə təsdiq etmişəm, amma bununla reklam olunmamışam. Belə söhbətləri sevmirəm. Qardaşım Firdovsi Məmmədov dörd bacının bir qardaşı idi. O, 1991-ci ildə Milli Ordunun ilk şəhidi olub. O cür Azərbaycan torpaqları uğrunda canından, qanından keçən adamdan danışandan sonra artıq suala və cavaba məncə heç bir ehtiyac yoxdur. Bu, əxlaqi və milli mənəvi dəyərlərimizə hörmətsizlikdir ya yox, onu oxucularınız, seçim etməyi bilən insanlar özləri anlayacaqlar.

-Hər zaman bizi siyasi müxalifət liderləri məhkəməyə verib. Bu dəfə isə kurs dəyişib. Məhəbbət Həsənov sizinlə birgə agentliyimizi yəni, SİA-nı məhkəməyə verib. Sizdə elə faktlar varmı ki, Məhəbbət Həsənovun Azərbaycanda bölgülüyə və parçalamaya meyilli olan müxalifətlə əlaqəsi olsun?

-Bu barədə danışmaq istəmirəm. Sualın cavabı sizə aiddir. Hər zaman sizi müxalif yönlü insanlar məhkəməyə veribsə, məncə bu dəfə də araşdırın. Axı, siz araşdırmağı çox gözəl bacarırsınız?! (sia.az)

Xəbərlər     Baxılıb: 2404   Tarix: 07 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

turlar.az

yay geyimləri 2026 makiyaj instagram qadin sayti usaq sampunlari agardici maskalar resepti badimcan salati yemək kosmetika bayati naz mila tapmaca veten haqqinda atalar sozleri cinsi əlaqə