Mehmet Ali Erbili 8 il həbs gözləyir - SƏBƏB

Mehmet Ali Erbili 8 il həbs gözləyir - SƏBƏBMehmet Ali Erbilə 8 il 10 aya qədər həbs cəzası verilə bilər.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, şoumen Mehmet Ali Erbilə qarşı 3 fərqli cinayətə görə 8 il 10 aya qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. Hazırlanan iddianamə Anadolu Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Anadolu Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə 23 yaşlı Ece Ronay Bilir adlı şəxsin 65 yaşlı Mehmet Ali Erbillə "İnstagram" hesabı vasitəsilə tanış olduğu və sosial şəbəkədə bir-birini izləməyə başladığı açıqlanıb. Mahnılarını rəqəmsal platformalarda paylaşan Bilir bir müddət sonra Mehmet Ali Erbilə klipində oynamağı təklif edib. Erbilin bunu heç bir pul təzminatı olmadan qəbul etdiyi bildirilib.
Tərəflərin klipi 2021-ci il oktyabrın 1-də çəkdiklərini bildirdikləri iddianamədə 3 gün sonra Mehmet Ali Erbilin telefonundan Bilirə mesaj göndərildiyi qeyd edilib. Qarşılıqlı mesajlaşmadan sonra Ece Ronay Bilir "səsli və video mesajla təhqir" iddiası ilə polisə şikayət edib.
İddianamədə şübhəli şəxs qismində alınan Mehmet Ali Erbilin ifadəsində mesajları özünün deyil, köməkçisi Nuray K-nin göndərdiyi iddia edilib. Nuray K isə ifadəsində bildirib ki, Ece Ronay Bilir Erbili təhqir etdikdən sonra telefonu götürüb mesaj yazmağa başlayıb.
İddianamədə Erbilin mesajlarının Bilirin şəxsi hüquqlarına xələl gətirəcək şəkildə təhqir olunduğu qeyd edilib. Həmçinin Mehmet Ali Erbilin "elektron ünsiyyət yolu ilə cinsi təcavüz", "səsli, yazılı və ya video mesajla təhqir etmə" ittihamı ilə 1 il 11 ay 15 gündən 8 il 10 ay müddətinə qədər azadlıqdan məhrum edilməsi tələb edilib.
Hazırlanan iddianamə Anadolu Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Erbil yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.
Ayşən

Şou Biznes     Baxılıb: 1131   Tarix: 21 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

turlar.az

donlar 2026 toy makiyaji sekilleri qadın geyimi kivi murebbesi asan hind paltarlari xinayaxdi bayati kosmetika nizami gəncəvi vetene aid atalar sozu video novruz hakışdaları kəlamlar