Mehriban Əliyeva Ağaxan Abdullayevin vida mərasimində - FOTO
Suraxanı Mədəniyyət Evində dekabrın 25-də dünyasını dəyişmiş Xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayevlə vida mərasimi mərasimi keçirilir.
Vida mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış şəxslər, mərhumun qohumları və ailə üzvləri iştirak edirlər.
Mərhum xanəndə vida mərasimindən sonra Türkan qəbiristanlığında torpağa tapşırılacaq.
Mənbə: Azvision.az