Məktəb tualetində əxlaqsızlıq edirlər - Müəllimdən şok

Məktəb tualetində əxlaqsızlıq edirlər - Müəllimdən şokSəbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 189-190 nömrəli məktəbdə ibtidai sinif müəllimliyi edən Səyyarə Əliyeva (60) həmin məktəbin direktoru Ceyran Quliyeva barəsində şikayət ünvanlanıb.

Xanim.az xəbər verir ki, bu barədə Axar.az-a danışan S.Əliyeva direktorun onu əsassız yerə işdən çıxardığını deyib.

S.Əliyeva məktəb direktorunun hər vasitə ilə ona təzyiq göstərdiyini bildirib:

"Bakı Dövlət Universitetini bitimişəm. 1992-ci il ildən 2018-ci il mayın 2-nə qədər 189-190 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişəm. 2018-ci ildə valideyn sinifdə öz uşağını döyüb, iki gün sonra gətirib ki, müəllimə mənim uşağımı döyüb. Kamera görüntülərinə baxanda da məlum oldu ki, burada mənim heç bir təqsirim yoxdur.

Neçə il orada işləmişəm, ancaq bir dəfə də olsun şagirdlərim və onların valideynləri ilə aramda problem yaranmayıb. Valideynləri dəfələrlə mənə razılıq ediblər.

Direktor bütün müəllimlərə tapşırmışdı ki, məni müdafiə etməsinlər. Bildiyim qədərilə Ceyran xanım müəllimlərə deyib ki, məni müdafiə etsələr, bu, nazirin xoşuna gəlməz.

Direktor qanunsuz olaraq məni işimdən uzaqlaşdırıb, xəbərdarlıq etməyib, töhmət verməyib. 30 ilimi heçə verən bu direktorun cəzalandırılmasını və müəllim fəaliyyətimin bərpa edilməsini istəyirəm. Direktor deyir ki, sən mənə qalib gələ bilməzsən, çünki mənim arxamda dayanan şəxslər var.

Həmin problemlərdən sonra məni işə qaytarmaq cəhdləri olub, lakin Ceyran xanım "Məktəblinin dostu" adıyla haqqımda ittihamlar yazaraq, nazirliyə göndərib.

Onun taktikası müəllimləri sıxışdırıb pul almaqdır. Ötən il sözügedən hadisələrdən sonra direktoru məhkəməyə vermişəm. Hazırda proses davam edir. Öz haqqımı tələb edirəm".

S.Əliyeva C.Quliyevanın müəllimlərdən və şagirdlərdən qanunsuz pul yığdığını söyləyib:

"Bu xanım əvvəllər 6 nömrəli məktəbdə direktor işləyib. Daha sonra rüşvətə görə ordan uzaqlaşdırılıb. O direktor rüşvətxordur. Bütün müəllimlər ondan qorxur. Bir qaçqın ailəsinin 11-ci sinifdə oxuyan övladını dərslərin bitməsinə iki ay qalmış məktəbdən uzaqlaşdırıb ki, qiyməti üçdür. Valideynlərinə xəbər göndərmişdi ki, gəlin sənədlərinizi götürün. Heç belə də şey olar? Bütün şagirdlər axı eyni səviyyədə oxuya, qavraya bilməz. Lazım olsa, həmin şagirdi də tapıb gətirə bilərəm.

Məktəbin direktoru müəllimləri məcbur edir ki, uşaqlara fondpulu gətirmələrini tapşırsınlar. Müəllimlər də uşağın əlinin üstünə "25 manat" yazıb evə göndərir.

Bütün müəllimləri sıxışdırır, sinifləri bağlayır. Böyük summativlər üçün nə qədər pul yığılır. Mən məktəbdən çıxarılandan sonra müəllim yoldaşlarım və şagirdlərim tərəfimi saxladılar, müdirə etiraz etmək istədilər. Mən razı olmadım.

Məktəbdə baş verən hadisələr bununla bitmir. Şagirdlər arasında əxlaqazidd davranışa yol verənlər var. Dəfələrlə direktora dedim ki, ayaqyolunda bir nəfər uşaqlara nəzarət etsin, yoxsa biabırçı hadisələr baş verə bilər. Müəllimlər də vəziyyətdən xəbərdardırlar.

Məktəbdə hansı uşaq hazırlıqda oturursa, hər uşağa görə onu hazırlaşdıran müəllim direktora 20 manat "haqq" verməlidir. Direktorun müavini gəlib sinifləri yoxlayır və gedib direktora məlumat verir ki, orada bir uşaq artıq oturub, amma müəllim pulu sizə az verir. Birinci sinif götürən müəllim 2000 manat "şirinlik" verir.

İstəyirəm ki, o məktəbə qayıtmasam da, müəllimlərin canı qurtarsın".

S.Əliyeva saytımıza valideynlərlə söhbəti zamanı qeydə alınmış səsyazısı da təqdim edib. Səsyazısında valideyin övladının məktəbə qeydiyyata alınması üçün direktora 500 manat pul verdiyini etiraf edib.

S.Əliyeva bundan əvvəl də mətbuatda C.Quliyeva barəsində şikayət xarakterli yazıların yayımlandığını bildirib.

Qeyd edək ki, sözügedən şikayətlə əlaqədar məktəbin direktoru C.Quliyevanın mövqeyini öyrənmək üçün əlaqə saxlasaq da, o, açıqlama verməkdən imtina etdi.

Xəbərlər     Baxılıb: 1894   Tarix: 07 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geymler 2026 kosmetika mehsullari qadın geyimi gözəllik yuxu yozmalar yumurta ile uz maskalari buruq saclara qulluq kosmetika novruz bayramina aid faydalı maskalar fitat qiz evi novruz hakısdası