Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...
Dünən Masallı rayonu Boradigah qəsəbəsi Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.
Xanim.az lent.az-a istinadən xəbər verir ki, hadisə orta məktəbdə şagirdlərin "Son zəng" tədbirinə hazırlıq görməsi zamanı baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğlu məktəbi 9-cu sinifdən bitirsə də "Son zəng" tədbirinə hazırlıq məqsədi ilə sinif yoldaşlarının yanına gəlib. Məktəbdə şagirdlər arasında olarkən onunla orta məktəbi keçən il bitirmiş Həsənağa Həsənov arasında münaqişə yaranıb. Münaqişə zəminində H.Həsənov Kənanı vurub və 17 yaşlı oğlan yerə yıxılıb. Bu zaman o, huşunu itirib və başından aldığı ağır xəsarət nəticəsində vəfat edib.
Artıq 17 yaşlı Kənan bu gün qəsəbə məzarlığında dəfn edilib. Maraqlıdır ki, dalaşan gənclər uzaq qohumdurlar. Onların babaları dayıoğlu-bibioğludur. H.Həsənov artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir