Məktəblilərin qız üstündə QANLI DAVASI
Rusiyanın Tümen vilayətində orta məktəb şagirdləri arasında kütləvi dava baş verib.
Xanim.az Teleqraf.com-a istinadən istinadən xəbər verir ki, dava qız üstündə olub. Məlumata görə, 14 yaşında olan Roman adlı şagird aşağı sinifdə oxuyan bir qıza vurulub. Günlər keçdikcə Roman sevdiyi qızı rahat buraxmır, rəfiqələrinin yanında olsa belə, onun ətrafından çəkilmir.
Məsələni belə görən qızlar öz sinif yoldaşlarından biri - 11 yaşlı Maksimə vəziyyəti olduğu kimi danışırlar. Maksim əvvəlcə telefonla Romanla danışır və ondan qızları bir də narahat etməməyi istəyir. Maksimin bu sözləri qarşı tərəfi qıcıqlandırır və Roman ona aid olmayan söhbətə müdaxilə etməməyi təkidlə tələb edir.
Telefonda razılığa gələ bilməyən yeniyetmələr söhbəti davam etdirmək məqsədilə Muzey Parkı adlanan yerdə görüşməyi qərarlaşdırırlar.
Roman 20 nəfər dostu ilə artıq görüş yerində idi. Maksim isə özü kimi 5 çəlimsiz sinif yoldaşı ilə gəlmişdi.
Əvvəlcə mübahisə edirlər və birdən sözləri düz gəlməyən məktəblilər əlbəyaxa davaya başlayırlar. Özündən yaşca böyük olan Romanla bacarmayan Maksim büdrəyərək yıxılır. Fürsəti əldən verməyən Roman isə dərhal onun üstünə oturaraq yumruqlamağa başlayır. O, onu qədər vurur ki, Maksim al-qanın içində huşunu itirir.
Vəziyyəti belə görən Roman dostları ilə hadisə yerindən uzaqlaşır.
"Qızların müdafiəçisi" ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. Müayinələrdən sonra onun vəziyyətinin xüsusilə ağır olduğu üzə çıxır.
Qeyd edək ki, hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb-araşdırılmaması haqda məlumat verilmir.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Oğlumun müğənni olmasına əsla razı olmaram
Damar tıxanıqlığının əsas səbəbi bu imiş
Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi
Yusuf Güney yenidən SAXLANILDI
"Game of Thrones"in aktyoru öldü - FOTO
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
Sen anlat Karadeniz'in aktyoruna qeyri-adi mükafat verildi
Hər gün bir stəkan içənlərin ürəyi yenilənir
Xahiş edirəm, ayağa qalx
Özündənrazı olanlar düz yoldadır' - Zümrüd
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar