"Mələyin öpüşü" silindi

"Mələyin öpüşü" silindiRəqqasə Oksana Rəsulovanın sahibi olduğu prodakşın tərəfindən lentə alınan "Mələyin öpüşü" filiminin üzünə yenə şans gülməyib.

Axşam.az-ın məlumatına görə, təqdim olunduğu gündən ətrafında qalmaqal bitməyən ekran işi bu dəfə "Youtube"dən silinib. Buna səbəb isə filmdə müəllif hüquqlarının pozulması olub.

2017-ci ildə təqdimatı keçirilən və ötən il "Youtube"də yerləşdirilən filmin izlənmə sayı da 10 mini keçmişdi.

Qeyd edək ki, filmdə Oksana keçmiş həyat yoldaşı reper Elşad Xose ilə birlikdə çəkilmişdi. Onlar ekran işindəki öpüşmə səhnəsi ilə səs-küy yaratmışdı.

Film sentyabrda təqdim olunmuş, həmin ilin noyabrında kinoteatrlardan yığışdırılmışdı. Oksana açıqlamasında ekran işinə xərclədiyi məbləği götürə bilmədiyini demişdi.

Bir məqam isə "Mələyin öpüşü"nün İngiltərədə çəkilən "Səninlə görüşənə qədər" adlı ekran işi ilə oxşar olduğu haqda yazılmışdı. Ssenarinin oğurluq olduğu iddia edilsə də, Oksana və yaradıcı heyət bunu qəbul etməmişdi.
Filmdə xalq artisti Fuad Poladov, əməkdar artist Şamil Süleymanov, aktrisa Münəvvər Əliyeva, müğənni İlhamə Qasımova, aktyor-aparıcı Şəhriyar Əbilov da rol alıblar.
"Mələyin öpüşü" silindi

Şou Biznes     Baxılıb: 2225   Tarix: 01 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf

Xalq Artisti Emin Ağalarov şəxsi instaqram hesabında uşaqlıq illəri ilə bağlı hər kəsi təəccübləndirən etiraf edib. xəbər verir ki, sənətçi uzun illər vicdan əzabı çəkdiyi bir hadisəni izləyiciləri ilə bölüşərək, gənc yaşlarınd

.

Maksim Qalkinin Bakıda - FOTOLAR

Rusiyalı şoumen Maksim Qalkin Bakıdan paylaşım edib. axşam.az-a istinadən xəbər verir ki, Qalkin paytaxtda çəkilmiş fotoları instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Maksim Qalkin 2022-ci ildən etibarə

.

"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf

Əməkdar artist Səbinə Babayeva 24 il əvvəl yazdığı və hitə çevrilən "Röya kimi" mahnısının tarixçəsindən danışıb. Sənətçi bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. "Bu mahnını yazanda he

.

Elgiz yeni verilişinin tarixini açıqladı

Tanınmış tele-aparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb. xəbər verir ki, aparıcının "Şadlıq olsun" adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq. Aparıc

.

"Survivor" dördüncüsü ailə qurdu

"Survivor" yarışması ilə tanınan Ayşe Yüksel ailə qurub. Yüksel uzun müddətdir sevgilisi olan Sercan Sarayla nikah masasına oturub. Qeyd edək ki, Ayşə Yüksel yarışdığı mövsüm dördüncü olub. /

.

Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR

Bir vaxtlar "dünyanın ən gözəl qızı" kimi tanınan fransız model Thylane Blondeau illər sonra yenidən diqqət mərkəzinə düşüb. Uşaqlıq yaşlarından dünya şöhrəti qazanan modelin 25 yaşındakı görünüşü sosial mediad

.

Məşhur rəssam vəfat etdi

Məşhur yapon avanqard rəssamı Yayoi Kusama vəfat edib. Rəssam 97 yaşında Tokioda dünyasını dəyişib. Onun ölümünə çoxlu orqan çatışmazlığı səbəb olub. Yayoi Kusama avqustun 14-də vəfat etsə də, bu barədə yalnız indi məluma

.

Faiq Ağayevə ağır itki üz verdi

Xalq artisti Faiq Ağayevə ağır itki üz verib. xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib:. "15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağ

.

36 yaşlı aktrisa vəfat etdi

Hollivud aktrisası Hayden Panettyeri 36 yaşında vəfat edib. Bu barədə aktrisanın atası açıqlama yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Aktrisa "Heroes" serialında Kler Bennet rolundan sonra daha da məşhurlaşıb

turlar.az

geyim necə seçməli kosmetoloq maskalar öpüşmək qaydası kısa saç hörükləri balın faydaları gavalının faydaları kosmetika novruza aid hakisda tərəzi bürcü vətən həsrəti sac modelleri faydalı maskalar