Məmurdan nikahsız uşaq doğduğu üçün təqib olunan Ayanın ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Müğənni Ayan Babakişiyeva. Bu ad hər bir kəsə tanışdır. Bəstəkar Elçin İmanov ilə ərsəyə gətirdiyi iş ilə birdən-birə sevilməyə başladı. Tez bir zamanda Xanım İsmayılqızı, Baba Vəziroğlu ilə gördüyü işlər onu məşhurluq zirvəsinə yüksəltdi. Ayan telekanalların axtarılan siması oldu.

Belə ki, telekanallarda elə bir veriliş yox idi ki, orada Ayan qonaq olmasın.

Daha sonra isə müğənni gündəmə Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq həyatı yaşaması ilə gəldi. Onların bu münasibətdən 2014-cü ilin martın 1-də qız övladı dünyaya gəlib.

Elə həmin ərəfədən etibarən sənətçi bir çox televiziyalarda qara siyahıya düşməyə başladı.

Görünür, sənətçi nəinki televiziya proqramlarında, hətta toy və şou proqramlardanda az-az görünməyə başladı.

Bir müddətdən sonra isə Ayan Babakişiyeva Füzuli Musayev barəsində açıqlama verib, boşanması ilə bağlı sənədin fotosunu yayımladı:

"Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcəsə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Mən övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracam. Ən əsası isə dövlətimin qanunlarına arxalanıram".

Bu sənədin mediada işıqlanmasından sonra müğənnii məmur sevgilisi tərəfindən təqib edilməyə başlayır. İdmançılar tərəfindən hər gün evinə basqın edilən Ayan Babakişiyeva bununla bağlı Füzuli Musayevin tabe olduğu qurumlara müraciət edərək kömək istəyib.

Amma müvəqqəti sakitləşmədən sonra hücumlar davam etdiyindən gənc xanım qorxusundan Vətəni tərk etmək qərarına gəlir. Ayan ailəsi ilə birgə yaxın zamanlarda Türkiyəyə köçərək, orada restoran biznesi quracağını da heç kəsdən gizlətmir.

Çox keçmir ki, müğənninin Bakıdan getdiyi barədə xəbər yayılır. Bundan sonra o, bağını satır və Türkiyənin İstanbul şəhərində iki - biri özü, digəri qardaşı Samir üçün ev alır.

Bir müddət öncə isə müğənni Xətai rayonunda yerləşən 3 otaqlı mənzilini, içərisində olan bütün əşyaları ilə birgə satışa çıxardır.

Hazırda Türkiyədə yaşayan sənətçi arabir Bakıya gəlsə də, bunu çox ehtiyatla etməyə çalışır.

Aldığımız məlumata görə, son günlər Ayan yenidən qadağalar altında olduğu üçün müsahibə verməkdən belə çəkinir.
Məmurdan nikahsız uşaq doğduğu üçün təqib olunan Ayanın ÜRƏKDAĞLAYAN HEKAYƏSİMəmurdan nikahsız uşaq doğduğu üçün təqib olunan Ayanın ÜRƏKDAĞLAYAN HEKAYƏSİMəmurdan nikahsız uşaq doğduğu üçün təqib olunan Ayanın ÜRƏKDAĞLAYAN HEKAYƏSİMəmurdan nikahsız uşaq doğduğu üçün təqib olunan Ayanın ÜRƏKDAĞLAYAN HEKAYƏSİMəmurdan nikahsız uşaq doğduğu üçün təqib olunan Ayanın ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Xəbərlər     Baxılıb: 8423   Tarix: 29 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

maskalar yay geyimləri 2026 sade makiyaj sekilleri hamilələrin qidalanması baliq yaginin faydalari alma cemli piroq pul kisəsi kosmetika narin faydasi ekizler pehriz hakışta lakonizm