Məmurla sevgili olduğu deyilən Samirədən ETİRAF : "Əl çəkin, mən o adamla..."

Məmurla sevgili olduğu deyilən Samirədən ETİRAF : "Əl çəkin, mən o adamla...""Qafqazinfo"nun verdiyi məlumata görə, teleaparıcı Samirə bu dəfə özünü biznes-ledi kimi sınamaq istəyib.

O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq.

Hətta şou-biznesin bir neçə üzvü artıq həmin məkanın xidmətlərindən istifadə edib.

Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, S. Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir.

Keçmiş aparıcı bütün bu suallara Yeniçağ.az-a verdiyi müsahibədə aydınlıq gətirib.

– Haqqında xəbərlər yayılıb ki, qadın klubu açmısan, maliyyələşdirən də məmur sevgilindir…

– Xahiş edirəm, məndən əl çəksinlər. Mən artıq məşhur deyiləm. Televiziyada çalışmıram. Qoyun sakitcə evimdə oturub balamı böyüdüm. Bezmişəm bu söhbətlərdən, nə qədər olar axı? "Samirə boşandı", "Samirə özünə iş qurdu"… İnsanlar niyə mənimlə bu qədər uğraşır axı. Mən istəsəydim, televiziyada da işləyərdim, saytda da, başqa yerlərdə də. Bütün qapılar da üzümə açıqdır, amma özüm istəmirəm. Məni sakit buraxın.

– Klub açmaq xəbəri yalandır ki?

– Mən qazanıb yaşamalıyam. Təbii ki, öz adıma və fakturama uyğun şəkildə. Amma elə sözlər adamı iyrəndirir.

– Məmurla sevgili olduğun deyilir, doğrudurmu?

– Belə söhbət eşitməmişəm, sadəcə olaraq Vergilər Nazirliyində işə düzəlməyim barədə yazırlar.

– Yox, sevgili olduğun deyilir və bu xəbərlər yayılıb. Hətta sənə o adamın klub açdığı da bildirilir.

– Belə şeylər yoxdur.

– Klubun açılması xəbəri yalan deyil axı. Hətta şou-biznes əhli də o kluba gedib-gəlir…

– Mən o klubu yaxın rəfiqəmlə açmışam və əziyyəti də birgə çəkirik. İcarə və digər maliyyə xərclərini nəzərdə tuturam. Bu ilk işim deyil, mən televiziyada çalışanda da bu klubu işlədirdik. Sadəcə, əvvəl başqa məkanda idi. Mənim işləməyə haqqım yoxdur ki?

– Boşanmaq xəbərin barədə xəbərlərə də aydınlıq gətirməyini xahiş edirəm. Bu xəbər doğrudurmu?

– Bu mövzu bağlanıb axı.

– Açıqdı hələ. Bu xəbəri heç vaxt öz dilindən eşitməmişik…

– Bu, mənim şəxsi həyatımdır. Mənim uşağım və uşağımın atası var. Vaqif qızımın atasıdır. İkinci dəfə ailə qurmaq sözünü dilimə də gətirmərəm. Çünki övladım var.

– Bəlkə məmur sevgilinin olması ilə də bağlı söhbətə nöqtə qoyasan?

– Allaha and olsun, Quran haqqı belə şey yoxdur. Mənə gülməli gəlir. Qaldı ki, sevgiyə… Küçədən keçən qadından da soruşsan deyəcək ki, həyatımda sevgi var. İndi belə söhbətləri müzakirə etməyin yeri yoxdur. Bu saat mənim başım o kluba qarışıb. Belə söz-söhbətlər məni bezdirir. Mənim kimisə sevməyə nə vaxtım, nə də halım yoxdur. Yazırlar sevgilisi məmurdur. Ay xanım, mən işə taksi ilə gedib-gəlirəm ey…

Maşının hanı?

– Maşınımı satmışam. Maşın mənim üçün önəmli deyil. Taksi ilə gedib gəlirəm, bundan əziyyət də çəkmirəm.

– Yəni deyirsən, məmur sevgilin olsaydı, yarımmilyonluq maşında gəzərdin?

– Əlbəttə, maşınım da olardı, hər şeyim də…. Gülməyim gəlir e belə şeylərə.

Xəbərlər     Baxılıb: 2258   Tarix: 24 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

turlar.az

qadin dunyasi kosmetika mehsullari makiyaj etmek qaydalari mütləq bilməlisiniz mektebli sac duzumleri 2026 ci ilin debi ciyer qovurma kosmetika baldiza aid haxisda gözəllik bir arzum var bayatilar novruz hakisdalari