"Mən utandım, o qız yox..." - İzzət

"Mən utandım, o qız yox..." - İzzət"Deyirlər ey, bu sənətdə əziyyətlər görmüşük. O zaman həmin adamlara cavab vermək lazımdır ki, balam, oxumayardın, əziyyət də çəkməyərdin. Oxuyan adam əziyyət çəkməlidir də. Tək bu sənətdə deyil, hər işin öz əziyyəti var. Müğənniliyin heç bir çətinliyi yoxdur. Müğənnisənsə, səsin varsa, oxuyursan. Çətinlik bir balaca tanınana qədər olur. Tanıtdı özünü, sözünü deyə bildi tutdu, tutdu. Tutmadısa, artıq o, müğənni istəyir 30-40 il oxusun, tutmayıbsa, tutmayacaq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırzadə ARB Ulduz-un "Şou məkan" proqramında deyib.

Sənətçi bildirib ki, bir çox həmkarı toyda oxumaqla kosnert verməyi qarışdırır:

"Toyu səhnəyə, səhnəni restorana, restoranı saraya qatışdırmaq olmaz. Deyirlər, toyda mini konsert verdim. Mini konsert nədir, o toydur, oxuyursan başqa şeylərdi. Toyda ağzından yanlış söz də çıxır, xaric də oxuyursan, söz də bəzən yadından çıxır. Amma konsert belə deyil axı. Konsertdə sənin hünərin nədir, səhv söz deyəsən, səsin işləməyə, səhv mahnı oxuyasan, zilə qalxa bilməyəsən.

Bunu qarışdırmaq olmaz. Toylarım çoxdur. Düzdür, toya tamaşaçı çox gəlir. Əvvəllər toya 100-150 adam gəlirdi, indi ən azı 500 nəfər gəlir. İndi gündən-günə zallar da böyüyür. Bir də görüsən ki, ev yiyəsi 800-1000 nəfər adam çağırır məclisə. O boyda adam ancaq oturub sənə qulaq asır? Çoxdandır bir-birlərini görməyib foyedə oturanlar var. Konsert səhnədi. Orda ancaq hamı oturub sənə baxır, sənə qulaq asır. Ayaqqabının ucundan sənin oxuduğun mahnıya kimi hər şeyə diqqət edir".
İzzət son vaxtlar gündəmdə olan bayağı mahnılardan da danışıb:

"O qədər bayağı mahnı var ki, mahnının başı, ayağı yoxdur. Mahnıda söz yox bir şey yox. Birdə görürsən gəldi sevildi. Bəlkə də, bərbad mahnı olduğundan çox adam qulaq asır ki, görək nə mahnıdır. O gün bir qız mənə mahnı yazıb. Bir otuz mahnısına qulaq asdım. Mən utandım, o utanmadı. Dedim ki, sən nə istəyirsən? Bu, mahnı deyil, get başqa işlə məşğul ol. Mən bəyənmədikcə, o bir-bir digər mahnısını təqdim edirdi.

Bir də görürsən ki, deyirlər filan mahnının 1 milyon baxışı var. Kim deyə bilər ki, o mahnıya yaxşı olduğu üçün baxılıb, yoxsa pis olduğu üçün. Hərdən elə olur ki, kimsə deyir ki, bax, bu mahnıya, gör nə gündədir. Sən də açıb baxırsan ki, görüm nə haldadır. Görürsən ki, bərbad ifadır. Bu minvalla bir də görürsən ki, mahnı sayı artdı. Bu gün mənim heç kimlə işim yoxdur. Kim nə istəyir oxusun. Bu gün kanallar da çoxalır. Bir kanal həmin bayağı mahnını və müğənnini efirə buraxmayacaq, digəri icazə verəcək. İndiki zamanda məşhur olmaq üçün bütün yollar var".

Xəbərlər     Baxılıb: 3319   Tarix: 15 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Tez-tez istehlak edirik amma çox təhlükəlidir - Xəbərdarlıq

Gündəlik həyatımızda bir çox qida və içki qəbul edirik. Bəziləri sağlamlığımız üçün faydalı olsa da, digərləri zərərli təsirləri ilə seçilir. xəbər verir ki, mütəxəssislər gündəlik olaraq tez-tez istehlak edilən emal olunmu

.

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.  xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda

.

"Gündə 2 litr su içmək" bilindiyi qədər faydalıdır?

İçməli suyun sağlamlıq üçün vacibliyi geniş şəkildə qəbul edilsə də, gündəlik nə qədər su içilməli olduğu hələ də müzakirə mövzusudur. İllərdir yayılan "gündə 2 litr su içilməlidir" fikri yeni elmi araşdırmalarl

.

Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB

Nəm salfetlər ayaqqabını tez təmizləmək üçün rahat üsul kimi görünsə də, əslində onlar faydadan çox zərər verə bilər. . xarici mediaya istinadla xəbər verir ki, çoxları küçəyə çıxmazdan əvvəl ağ krossovkada ləkə gördükd

.

Çuğundur şirəsinin faydaları: Niyə içməliyik?

Çuğundur (Beta vulgaris) polifenollar, antioksidantlar və elektrolitlərlə zəngin bir kök tərəvəzdir.  xəbər verir ki, onun şirəsi xüsusilə ürək-damar sağlamlığı və fiziki dözümlülük üçün əvəzolunmazdır. Çuğundurun tərkibind

.

Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı

Sosial mediada sürətlə yayılan detoks pəhrizləri ilə bağlı yanlış təsəvvürləri araşdırılıb. xəbər verir ki, BBC-nin Qida üzrə yazarı və diyetoloqu Tai İbitoye bu barədə faydalı açıqlamalar verib. Belə ki, o, karbohidratla

.

Təbiətdə pulsuz yetişən bu möcüzə vücudu başdan-ayağa yeniləyir

Təbiətdə özbaşına yetişən və çox vaxt qiyməti bilinməyən tut müasir tibbin diqqət mərkəzinə düşüb. O, nəinki ürəyi gəncləşdirir, həm də diabetdən sümük əriməsinə qədər bir çox problemə çarə olur.  xəbər verir ki, təbiətd

.

Qəhvə buna da xeyir imiş

Qəhvə orqanizmdə iltihab proseslərini zəiflətməyə kömək edir. xəbər verir ki, bu barədə nəticələr "Nutrients" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Araşdırmaya görə, qəhvənin tərkibində olan bəzi maddələ

.

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Aroniya meyvəsi yüksək polifenol tərkibi ilə damar sərtliyinin qarşısını alır, təzyiqi balanslaşdırır və immunitet sistemini hüceyrə səviyyəsində yeniləyir.  xəbər verir ki, aroniya meyvəsi bədəndəki oksidativ stresi azaltmaq

turlar.az

yay kolleksiyasi toy gecesi makiyaj instagram çantalar haxışta yemək resepti fitnes və pəhriz kosmetika hakista baliq layla vətən həsrətinə aid bayatılar hakışda