"Məndən heçnə soruşmayın, deyə bilmərəm" - İntihar edən yazarın xanımı
Tanınmış gənc yazar, ədəbiyyat cameəsində Mövlud Mövlud imzası ilə tanın Mövlud Abdullayev bu gecə intihar edib. Bu xəbər onu tanıyanları az qala şoka salıb.
Xanim.az xəbər verir ki, yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai modern.az-a açıqlamasında sarsıntı içərisində "məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm" söyləyib.
Binəqədi rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Modern.az saytı Mövludun yaxınlarından intiharın səbəblərini öyrənməyə çalışıb. Yaxınları son vaxtlar onun psixoloji durumunda dəyişiklik müşahidə etdiklərini deyiblər.
Qeyd edək ki, Mövlud Abdullayev və Sevinc Fədai cütlüyünün bir azyaşlı uşağı var.
f Paylaş








Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?